Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 01:15

Tacikistanda rusiyalı müəllimlərə 1200 dollar maaş verilir


Düşənbə məktəblərindən birində
Düşənbə məktəblərindən birində

Rusiya Tacikistanda 5 rusdilli məktəbin tikintisində və avadanlığının qurulmasında Düşənbəyə kömək edəcək.

Bu barədə məlumatı Rusiyanın xarici işlər naziri Sergei Lavrov fevralın 24-də tacik həmkarı Sirojiddin Mukhriddinov-la Taciksitan paytaxtında keçirdiyi mətbuat konfransında verib:

"Rusiya Tacikistanın Düşənbə, Kulyab, Xocənd, Boxtar və Tursunzadə şəhərlərində beş məktəbin tikintisi və təchizatı barədə hökumətlərarası razılaşmanı ratifikasiya edib. Bu məktəblərdə təhsil rusca olacaq. Biz belə bir fikirdə həmrəyik ki, bu razılaşmanın yerinə yetirilməsi tacikistanlıların Rusiya təhsilinə olan tələbatına cavab verəcək”.

Tacikistanın təhsil və elm naziri Rakhmatullo Mirbobayev bundan əvvəl demişdi ki, bu məktəblərin tikintisi üç ilə başa çatacaq və məktəblərin hər birində 1200 şagird təhsil alacaq.

Tacikistanda 5 rusdilli məktəbin tikintisi barədə razılaşma 2019-cu ilin aprelində, Rusiya prezidenti Vladimir Putinlə Tacikistan lideri Emomali Rakhmon arasında danışıqlardan sonra imzalanıb.

Təhsilin ruslaşdırılması proqramı

Bundan əvvəl Tacikistanda məktəblər əsasən Dünya Bankının dəstəyi ilə tikilirdi.

Lakin 2019-ci ildə bank və başqa donorlar Tacikistandakı proqramların maliyyələşdirilməsini dayandırıblar.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Düşənbənin Moskvaya əlavə yardım üçün müraciət etməsi məhz bununla bağlı ola bilərdi.

Rusiya artıq 12 ildir ki, Tacikistanda məktəb tikintilərinə dəstək verir.

Lavrov habelə bildirib ki, Tacikistan məktəblərinə Rusiya müəllimlərinin göndərilməsi proqramı da uğurlu olub:

"Yeri gəlmişkən bu təcrübə ilə Mərkəzi Asiya regionunun başqa ölkələri də maraqlanırlar”.

Rusiya bu proqrama 2017-ci ildən başlayıb. O vaxt Tacikistana Rusiyadan 30 müəllim göndərilmişdi.

2018-ci ilin payızında Tacikistana Rusiyanın müxtəlif regionlarından daha 48 müəllim göndərilib.

Onlar rus dili və ədəbiyyatından, habelə riyaziyyat və fizikadan dərs deyirlər.

Bu da xəbər verilir ki, bu müəllimlərə 74 min rubl (1200 dollar) maaş verilir.

Bunun 14 minini Tacikistan hökuməti, qalanını Rusiyanın Təhsil və Elm Nazirliyi verir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG