Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 22:58

Tacikistan-Qırğızıstan sərhədində dörd nəfər öldürülüb


Qırğızıstan Sərhəd Xidməti bildirir ki, baş vermiş insidentdə onun bir sərhədçisi həlak olub

Qırğızıstan- Tacikistan sərhədinin mübahisəli hissəsində atışma zamanı üç tacik və bir qırğız sərhədçi həlak olub.

Tacikistanın şimalındakı Suğd region hökumətinin sözçüsü Muzaffar Yunusov sentyabrın 17-də AzadlıqRadiosu-na müsahibəsində sərhəd postunun başçısı, 35 yaşlı polkovnik leytenant Rustam Ubaidulloev-in, 21 və 19 yaşlı iki sərhədçinin 16 sentyabr insidenti zamanı öldürüldüyünü bildirib.

Qırğızıstanın Dövlət Sərhəd Xidməti isə atışma zamanı 41 yaşlı qırğız sərhədçinin öldürüldüyünü, sərhəd məntəqələrində 20-dən çox sakinin yaralandığını bildirmişdi.

Tərəflər atışmanın başlamasına görə bir-birini ittiham edir.

Qırğızıstanın Baş naziri Mukhammedkalyi Abylgaziev sentyabrın 17-də yerli sakinlərlə görüşündə deyib ki, gələcəkdə oxşar insidentlərin önlənməsi yolları Tacikistan rəsmiləri ilə danışıqlarda müzakirə olunur.

***

Fərqanə vadisindən keçən Qırğızıstan-Tacikistan sərhədində baş vermis atışma nəticəsində azı bir sərhədçi həlak olub, daha 19 nəfər yaralanıb.

Bu barədə məlumatı hər iki ölkənin rəsmiləri veriblər.

Sentyabrın 16-da Qırğızıstanın Leylek və Tacikisitanın Bobojon Qafurov rayonlarında baş vermiş atışmaya görə tərəflər bir-birlərini ittiham edirlər.

Tacikistanın və Qırğızıstanın sərhəd xidmətləri bildiriblər ki, atışma yerli vaxtla saat 21.30-da dayanıb və rəsmilər gərginliyin artmasının qarşısını almağa çalışıblar.

1991-ci ildə Sovet İttifaqı çökəndən bəri Mərkəzi Asiyada bir çox sərhəd bölgələri mübahisəli qalır.

Vəziyyət xüsusilə də Fərqanə vadisindəki çoxsaylı ekslavlarda gərgindir.

Bu bölgədə Tacikistan, Özbəkistan və Qırğızıstan həmsərhəddirlər.

Qırğızıstan Sərhəd Xidməti bildirir ki, baş vermiş insidentdə onun bir sərhədçisi həlak olub.

Ölkənin Səhiyyə Nazirliyi başqa bir sərhədçinin vəziyyətinin ağır olduğunu bildirib. Bu da xəbər verilir ki, yerli sakinlərdən 6-sı müxtəlif xəsarətlər alıb.

Taciksitan rəsmiləri AzadlıqRadiosuna deyiblər ki, bu insidentdə ölkənin 12 vətəndaşı yaralanıb.

İyulun 22-də Qırğızıstan-Tacikistan sərhədinin başqa bir delimitasiya edilməmiş sektorunda baş verən toqquşmada bir nəfər həlak olmuş və bir neçə nəfər yaralanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG