Keçid linkləri

2026, 26 May, çərşənbə axşamı, Bakı vaxtı 00:55

Tacikistan prezidenti Azərbaycana gəlib

Emomali Rahmon
Emomali Rahmon

Tacikistan prezidenti Emoməli Rahmon avqustun 9-da axşam saatlarında Azərbaycana gəlib.

AZƏRTAC-ın xəbərinə görə, onu hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və başqa rəsmi şəxslər qarşılayıblar.

Emomali Rahmonu Azərbaycan prezidenti İlham Əliyevin qəbul edəcəyi, daha sonra nümayəndələrin iştirakı ilə danışıqlar keçiriləcəyi gözlənir.

Tacikistan prezidentini Azərbaycanın baş naziri və parlamentin spikerinin də qəbul edəcəyi bildirilir.

Səfərin 2 gün davam edəcəyi gözlənilir.

This item is part of
XS
SM
MD
LG