Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 12:49

ABŞ Tacikistan və Özbəkistana hərbi təyyarələr verə bilər - Qərb mediası

UH-60 Black Hawk helikopterləri Əfqanıstanda (Arxiv fotosu)
UH-60 Black Hawk helikopterləri Əfqanıstanda (Arxiv fotosu)

ABŞ-ın Politico portalı öz mənbələrinə istinadən yazır ki, söhbət ötən ilin avqust ayında əfqan pilotlar tərəfindən qaçırılmış texnikadan gedir

ABŞ-ın Taciksitan və Özbəkistanla apardığı danışıqlar bu ölkələrə 64 ədəd təyyarə və helikopterin verilməsi ilə nəticələnə bilər.

ABŞ-ın Politico portalı öz mənbələrinə istinadən yazır ki, söhbət ötən ilin avqust ayında əfqan pilotlar tərəfindən qaçırılmış texnikadan gedir.

Bu hərbçilər Əfqanıstan Talibanın nəzarətinə keçdikdən sonra ölkəni təyyarə və helikopterlərlə tərk ediblər.

Politico yazır ki, Vaşinqton onlara veriləcək təyyarə və helikopterlərin müqabilində Düşənbə və Daşkənddən Əfqanıstanda terrorçuların ovlanmasında dəstək istəyir.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə hazırda Özbəkistanda 46 ədəd, Tacikistanda isə 18 ədəd qaçırılmış aviatexnika vahidi var.

Bunların arasında Mi-17 və Black Hawk helikopterləri, habelə turbopərli Embraer А-29 qırıcıları, Pilatus və Cessna sərnişin təyyarələrinin olduğu deyilir.

ABŞ-ın regiona qayıdış cəhdi

Politico portalının yazdığına görə Vaşinqton Mərkəzi Asiya ölkələri ilə sərhədlərin təhlükəsizliyi və terrora qarşı mübarizə sahəsində qeyri-rəsmi razılaşmanın əldə olunmasına çalışır.

Bu əməkdaşlığa kəşfiyyat materialları ilə mübadilədən tutmuş qoşunların yerləşdirilməsindədək ən müxtəlif müddəalar daxil edilə bilər.

Taliban hakimiyyətə gəldiyi vaxtdan sözü gedən aviasiya texnikasının ona qaytarılmasını tələb edib, lakin Daşkənd bildirib ki, texnikanı yalnız onun sahibinə – ABŞ-a qaytara bilər.

Rəsmilərdən biri deyib ki, ABŞ sözü gedən texnikanın qiymətləndirilməsini keçirmək, onların hələ də uçuşa yararlı olub-olmadığını yoxlamaq istəyir.

Yaxın keçmiş

Politico yazır ki, hazırda söhbət konkret olaraq ABŞ-ın Mərkəzi Asiyada platsdarm əldə etməsindəın getmir, lakin Vaşinqton vaxtilə belə bir imkana malik olub.

11 sentaybr terror hücumlarından sonra Özbəkistan Karşi-Xanabad hərbi-hava bazasını Əfqanıstanda hərbi əməliyyatlar aparan ABŞ-ın sərəncamına vermişdi.

Lakin həmin razılaşma 2006-cı ildə Kremlin təzyiqi ilə dayandırılmışdı.

Bundan başqa ABŞ-ın Daşkəndlə hər hansı hərbi baza barəsində razılığa gələ bilməsi üçün Özbəkistanın mövcud qanunvericiliyinə düzəliş etməsi lazımdır.

Taciksitan da 11 sentyabr hücumundan sonra ABŞ-la hərbi əməkdaşlıq edirdi.

Konqres nümayəndələrindən biri Politico saytına deyib ki, Əfqanıstanla daha mürəkkəb münasibətləri olan Düşənbə Vaşinqtonla hərbi əməkdaşlığa daha meyllidir.

XS
SM
MD
LG