Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 15:32

Tacikistan iqtidarı və müxalifəti Varşavada əlbəyaxa oldular (VIDEO)


ATƏT-in Varşavada keçirilən görüşündə Tacikistanın iqtidar və müxalifət nümayəndlərinin əlbəyaxa toqquşduğunu göstərən video yayılıb.

Bu hadisə sentyabrın 11-də ATƏT-in Human Dimension Implementation adlı illik iclasında baş verib.

Qarşıdurmanın müxalifət fəallarından birinin “Siyasi məhbusları azad edin” adlı vərəqəni hökumət nümayəndəsi Ayomiddin Sattorova verəndə başlandığı deyilir.

Sattorov əvvəllər indi qadağan edilmiş İslam İntibah Partiyasının üzvü olub, indi isə hakimiyyətin tərəfinə keçib.

Bu məqamda hökumət nümayəndələrindən biri vərəqəni Sattorovdan alaraq əzib bir tərəfə tullamağa çalışıb. Bundan sonra müxalifət və iqtidar nümayəndələri arasında yumruq və təpik davası başlanıb.

Bu arada tədbirin təşkilatçıları və nümayəndə heyətlərinin başqa üzvləri dalaşanları ayırmağa çalışıblar.

Tacikistanın İslam İntibahı Partiyası mübahisəli 2015-ci il parlament seçkisində sonuncu yerini itirdikdən sonra qadağan edilib.

Tacikistan hakimiyyəti bu partiyanı “terrorçu təşkilat” elan edib.

Varşava iclasında iqtidar nümayəndələri ilə dava-dalaş edən fəallar hakimiyyəti onları “Tacikistandan qovmaqda” ittiham edirlər.

Tədbirin təşkilatçıları bildirirlər ki, Varşava polisi hadisənin araşdırlmasına başlayıb.

Tacikistanın rəsmi nümayəndə heyəti baş verənləri “islamçıların təxribatı” adlandırır.

Fəallardan Sulaiman Orzu AzadlıqRadiosuna deyib ki, o sadəcə olaraq nümayəndələrin fotosunu çəkmək istəyirdi.

Varşava görüşündən əvvəl Tacikistan hökuməti ATƏT-in İslam İntibahı Partiyasını tədbirə dəvət etməsini pisləyən bəyanat vermişdi. Hakimiyyət hətta xəbərdarlıq etmişdi ki, ATƏT-in Düşənbədəki ofisi bağlana bilər.

Hakimiyyəttərəfdarları sentyabrın 7-də ATƏT-in Düşənbədəki ofisi qarşısında etiraz piketi keçirmişdilər. Onlar islamçıların tədbirə dəvət edilməməsini tələb edirdilər.

AzadlıqRadiosu xəbər verir ki, partiyanın mühacirətdə yaşayan lideri Muhiddin Kabiri Varşava görüşündə olsa da, toqquşma zamanı orada görünməyib.

Tacikistanın İslam İntibahı Partiyası 1990-cı illərin vətəndaş müharibəsinin sonunda iqtidarla hakimiyyətin bölüşdürülməsinə dair saziş imzalamışdı.

Tacikistanda indiyədək keçirilmiş seçkilərdən heç biri Avropa müşahidəçiləri tərəfindən azad və ədalətli hesab olunmayb.

Hazırda ölkədə faktiki olaraq prezident Emomali Rahmonun qohumbazlığa əsaslanan avtokratiyası mövcuddur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG