Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:45

Tacikistanda toqquşmalarda 21 nəfərin öldürüldüyü deyilir


Xoruqda etirazlar
Xoruqda etirazlar

“Asia Plus” müstəqil media orqanı mayın 17-də bildirib ki, daha GBAO-dakı hadisələri işıqlandırmayacaq. Elə həmin gün AzadlıqRadiosu-nun dörd jurnalisti insan haqları fəalından müsahibə alarkən naməlum şəxslərin hücumuna məruz qalıb

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində (GBAO) son günlər etirazçılarla polisin toqquşması nəticəsində rəsmi açıqlanandan iki dəfədən də çox ölən olub. Bu haqda yerli sakinlər mayın 19-da AzadlıqRadiosu-na danışıblar.

Sakinlərin sözlərinə görə, bir gün öncəki toqquşmalarda öldürülən 21 nəfərin cəsədləri ailələrinə verilib.

Rəsmilər 9 nəfərin öldüyünü deyir

Daxili İşlər Nazirliyi isə mayın 18-də yaydığı bəyanatda GBAO-da “antiterror əməliyyatı”nda doqquz nəfərin, o cümlədən bir polis əməkdaşının öldürüldüyünü, azı 25 nəfərin yaralandığını bildirib.

Etirazlara 2021-ci ildə polisdə saxlanarkən ölmüş bir fəalla bağlı istintaq getməməsi səbəb olub. Bundan başqa, vilayət hakimiyyəti qubernator Alişir Mirzonabot və vilayət paytaxtı Xoruqun meri Rizo Nazarzodanın istefaya göndərməkdən imtina edib.

Mayın 16-da 29 yaşlı yerli sakin Zamir Nazrişoyev polis tərəfindən öldürüləndən sonra etirazlar qızışıb.

Ehtiyat hissələri bazarı od tutub yanır
Gözlə

No media source currently available

0:00 0:05:59 0:00

Beynəlxalq çağırışlar

Mayın 19-da Avropa İttifaqı, ABŞ, Fransa, Almaniya və Böyük Britaniyanın diplomatik missiyaları birgə bəyanat yayaraq iğtişaşlardan “dərin narahatlıq” bildirib, tərəfləri “gərginliyi azaltmağa, təmkinli davranmağa, aşırı gücdən istifadədən, zorakılığı qızışdırmaqdan çəkinməyə” çağırıb.

Human Rights Watch (HRW) insan haqları təşkilatı isə Tacikistan hökumətindən “muxtar vilayətdə istənilən hərbi, yaxud hüquq-mühafizə əməliyyatı zamanı insanların yaşamaq, sərbəst toplaşma və media hüquqlarına hörmətlə yanaşmaq və qorumaq öhdəliklərinə sərt əməl etməyi” tələb edib.

“Asia Plus” müstəqil media orqanı mayın 17-də bildirib ki, daha GBAO-dakı hadisələri işıqlandırmayacaq. Elə həmin gün AzadlıqRadiosu-nun dörd jurnalisti insan haqları fəalından müsahibə alarkən naməlum şəxslərin hücumuna məruz qalıb.

Putinin Azərbaycandakı təbliğat maşını - sputnik.az
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00

Təlatümlü vilayət

GBAO-da vəziyyət ötən noyabrdan gərgindir. O zaman təhlükəsizlik qüvvələri adam oğurluğuna görə axtarılan Gülbiddin Ziyobekovu ölümcül yaralamışdı. Bu insidentdən sonra minlərlə adam Xoroqda mərkəzi meydana yığışaraq Ziyobekovun ölümündə günahı olanların məsuliyyətə cəlbini tələb edib. Bu qətlin istintaqının hələ başa çatmadığı bildirilir.

GBAO-dakı etirazçılar dinc nümayiş hüquqları olduğunu deyirlər. Xaricdəki müxalifət qrupları hakimiyyəti “GBAO-da dinc nümayişçilərin təqibinə” son qoymağı tələb edirlər.

9.5 milyon əhalisi olan, 30 ilə yaxındır Prezident Emomali Rahmonun idarə etdiyi Tacikistanda etirazlar nadir hadisə sayılır.

1991-ci ildə Sovet İttifaqı dağılandan sonra bu vilayətdə beş il vətəndaş müharibəsi gedib. Münaqişə vaxtı vilayət hökumətə qarşı çıxanların sığınacağına çevrilib. Ölkənin təxminən yarısını tutmasına baxmayaraq, əhalisi cəmi 250 min nəfərdir. Dağlıq relyefli vilayətdə səyahət, həyat şəraiti çətindir, işsizlik baş alıb gedir, ərzaq bahadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG