Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 07:43

Gənc qadının döyülməsi araşdırılır


Əzizə Dövlətova, Mədinə Məmmədcanova və Lütfulla (Pərviz) Dövlətov
Əzizə Dövlətova, Mədinə Məmmədcanova və Lütfulla (Pərviz) Dövlətov

Dövlətovun yüksək rütbəli məmurlarla əlaqələri olduğu güman edilir

Fəalların çağırışlarından sonra Tacikistan hakimiyyəti gənc qadının döyülməsi iddiaları üzrə araşdırmaya başlayıb. Hazırda ağır vəziyyətdə olan Mədinə Məmmədcanovanın Megafon mobil kommunikasiyalar şirkəti rəhbərinin həyat yoldaşı tərəfindən döyüldüyü iddia olunur.

Əvvəl itkin düşüb...

Düşənbə şəhər administrasiyasının noyabrın 1-də yaydığı açıqlamada deyilir ki, Əzizə Dövlətova və həyat yoldaşı Lütfulla (Pərviz) Dövlətova qarşı istintaq başladılıb. Dövlətovun yüksək rütbəli məmurlarla əlaqələri olduğu güman edilir. Cütlüyə hansı ittihamların irəli sürüləcəyi bəlli deyil.

Mədinə Məmmədcanovanın Dövlətovla sevgi münasibətlərinin olduğu deyilir. O, avqustun 25-də itkin düşüb, bir neçə saat sonra ağır bədən xəsarətləri ilə tapılıb. Hazırda qadının vəziyyəti ağırdır, həkimlər onun həmişəlik iflic vəziyyətində qala biləcəyini deyirlər.

Dövlətova Məmmədcanovaya hücum şübhəsilə saxlansa da, ölkənin müstəqilliyinin 30 illiyi münasibətilə verilən kütləvi amnistiya ilə azad olunub.

Mer işi şəxsi nəzarətinə götürüb

İnsan haqları sosial şəbəkələrdə narahatlıq bildirəndən sonra Düşənbənin meri Rüstəm Emomali işi şəxsi nəzarətinə götürdüyünü deyib, şəhər polisi və prokurorluğa təhqiqat aparmaq göstərişi verib. O, Tacikistan Prezidenti Emomali Rahmonun oğludur.

Tacikistanda, eləcə də Orta Asiyanın digər postsovet ölkələrində nüfuzlu ailələrə, yüksək rütbəli rəsmilərə bağlı cinayətkarların cəzasız qalması halları çox olub.

Bu ilin əvvəlində Rahmonun həyat yoldaşının bacısı oğlu dörd nəfərin bıçaqla yaralandığı davada təqsirli bilinsə də həbs cəzasından yayına bilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG