Keçid linkləri

2025, 29 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:35

Taciklər uşaqlarına türk adları qoya bilməzlər


Illüstrasiya
Illüstrasiya

-

Tacikistanda doğulmuş uşaqlara qoyulan adlar 4 min adı ehtiva edən vahid reyestrdən seçiləcək. Bu məlumatı ölkənin dil və terminologiya komitəsinin mətbuat xidməti verib.

Reyestrin 2016-cı ilin əvvəlində çap olunması planlaşdırılır.

Komitə nümayəndəsi qeyd edib ki, bundan sonra taciklər öz uşaqlarına "kul", "xon" kimi türk sonluğu olan adlar (məsələn, Amirkul, Saidxon) qoya bilməyəcəklər.

Bununla yanaşı o bildirib ki, Tacikistanda yaşayan digər millətlərin nümayəndələrinin öz uşaqlarına öz milli ənənələrinə uyğun adlar qoymaq haqqı var.

Son zamanlar bir çox tacik ailələri öz uşaqlarına ərəb, türk və İran adları, habelə Quranda adı çəkilən peyğəmbərlərin adlarını qoymağa başlayıblar.

XS
SM
MD
LG