Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 21:03

6 tələbə qızın zəhərləndikləri deyilir


Təcili Yardım

Noyabrın 26-sı səhər saat 10 radələrində Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, tələbə qızların 6-sı da evə buraxılıb. Artıq qızların səhhəti ilə bağlı narahatlığın qalmadığı bildirilir.

+++

Noyabrın 26-sı səhər saatlarında Xəzər Universitetinin 6 tələbəsı zəhərlənmə şübhəsi ilə Кliniki Тibbi Мərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.

Verilən məlumata görə, tələbələrin hamısı qızlardır: ​«Vəziyyətləri orta ağırdır. Həyati təhlükələri yoxdur, müalicələri davam edir. Tələbələr Təcili Tibbi Yardım avtomobili ilə Кliniki Тibbi Мərkəzin Toksikologiya şöbəsinə gətiriliblər».

Tələbə qızların dəm qazından zəhərləndiyi ehtimal edilir.

Məlumata görə, hadisə səhərə yaxın tələbə qızların kirayələdikləri Qara Qarayev prospekti-76, mənzil 28-də baş verib.

Ötən həftə də Bakı Dövlət Universitetinin 2 saylı tələbə yataqxanasında qalan 3 tələbə qızın zəhərləndiyi açıqlanmışdı. Onların qidadan zəhərləndiyi vurğulanırdı. Tələbə qızlardan biri vəfat edib, ikisinin isə reanimasiya rejimində müalicəsi davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG