Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 13:28

Təhsil üzrə ekspert: '...Qazaxıstanda belədir'


Ölkəni tərk etmədən də xaricdə təhsil almaq mümkündür
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Ölkəni tərk etmədən də xaricdə təhsil almaq mümkündür

Bu yaxınlarda Azərbaycandan olan iki gənc Yasin QuliyevCavid Əlizadə xarici universitetlərdə oxumaqdan ötrü təqaüd qazanıblar.

Bu təqaüdlər, uyğun olaraq, 56 və 74 min ABŞ dolları həcmində olacaq. Həmin təqaüdləri onlara tam şəklidə oxuduqları ali məktəblər ödəyəcək.

«Azərbaycanda istedadlı, bilikli gənc çoxdur». Bunu həmin hadisələri dəyərləndirən xarici təhsil üzrə ekspert Bahar Hacı-zadə deyib. O hesab edir ki, çoxları aysberqin sadəcə yuxarı hissəsini görür: «Sadəcə, nüfuzlu xarici universitetlərə qəbul üçün uşaq ingilis dilini çox yaxşı bilməlidir, müəyyən imtahanları verməlidir. Bundan ötrü isə çoxlu pul lazımdır. Ona görə də istedadlı məktəblilərin çoxusu keyfiyyətli təhsildən kənarda qalırlar».

«Proqram var idi, amma dayandırıldı»

Bu məsələdə dövlətin rolunu qeyd edən ekspert deyib ki, mütləq xaricdə təhsillə bağlı dövlət proqramı həyata keçirilməlidir: «Belə proqram var idi, amma dayandırıldı. Məncə, onu davam etdirmək üçün dövlətin vəsaiti çatmadı. Həmin proqram həm bakalavr, həm magistr və hətta PhD (Fəlsəfə doktoru – red.) təhsil pilləsinə yüksəlmək istəyənlər üçün nəzərdə tutulmuşdu. Fikrimcə, dövlət proqramı daha çox magistr təhsilini almaq istəyənlərə şamil olunmalıdır. Çünki bakalavriatda təhsil müddəti 4 ildir və bu, çox bahadır. Sonra isə dövlət hesabına oxuyan adam Azərbaycana qayıtmır və nəticədə ölkə itirir».

ABŞ-da pulsuz təhsil almağın bir yolu da budur
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

Hacı-zadə hesab edir ki, dövlət tələbələri konkret ixtisas üzrə oxumaqdan ötrü göndərməlidir: «Dövlət qurumları gələcəkdə Azərbaycana lazım olan, inkişaf edən peşələri araşdırmalıdır. Həmin peşələr üzrə kadrları hazırlamaq üçün tələbələr xaricə göndərilməlidir. Bundan əlavə, xaricə göndərilən tələbələrlə dövlət müqavilə bağlamalıdır ki, oxuyub bitirəndən sonra onlar Azərbaycana qayıtsın və bir müddət burada işləsinlər. Məzunlar üçün dövlət qurumlarında iş yerləri hazır olmalıdır ki, onlar öz biliklərini praktikada tətbiq etsinlər. Qazaxıstanda belədir».

Xatırlatma

Əvvəlki illərdə xaricdə təhsil almaq istəyən gənclər «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»ndan yararlana bilirdilər. 2016-cı ildən proqrama fasilə verilib. Yeni Proqramın hazırlanmasının anonsu verilsə də, o, qəbul olunmayıb. Həmin proqram çərçivəsində 8 il ərzində 3 min 558 nəfər tələbənin adının təqaüdçülər siyahısına daxil edildiyi bildirilir.

Həmin vaxt proqramın dayandırılmasını bəzi ekspertlər neftin dünya bazarında ucuzlaşması və Azərbaycanın gəlirlərinin azalması ilə izah etdilər. Hərçənd, rəsmilər belə fikirləri bölüşmədilər.

XS
SM
MD
LG