Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 01:37

Tütün məmulatların və spirtli içkilərin qiyməti qalxıb


Fevralın 1-dən Azərbaycanda tütün məmulatları və spirtli içkilərin qiyməti qalxıb.

Bu mövzuda AzadlıqRadiosuna danışan, amma adının çəkilməsini istəməyən bir mağaza sahibinin sözlərinə görə, həm yerli, həm də xarici siqaretlərin qiymətində artım baş verib:

"İstehsalçısından asılı olmayaraq siqaretlərini hər qutusunun qiyməti 30 qəpik artıb. Spirtli içkilərə gəlincə, yalnız yerli istehsalı olan mallar bahalaşıb. Elə mal var ki, 20 qəpik artım olub, eləsi var ki, 1 manat 50 qəpik bahalaşıb. Hansı mal yaxşı satılırsa, onun qiyməti daha çox qalxıb".

Topdan satış ilə məşğul olan bir başqa sahibkar isə deyib ki, tütün məhsulları və spitli içkilərdə bahalaşma aksiz dərəcələrin artımı ilə bağlıdır.

Vergilər Məcəlləsinə dəyişiklik

2019-cu ilin noyabr ayında Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, içməli spirt, araq (vodka), tündləşdirilmiş içkilər, tündləşdirilmiş içki materialları və likyorun hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata qaldırılıb. Nazik siqarlar üçün aksizlər - 1.000 ədədə görə 20 manatdan 31 manata çatdırılıb. Tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri üçün aksizlər (1.000 ədəd) də 20 manatdan 31 manata yüksəldilib.

Bu mövzuda Azadlıq Radiosuna danışan iqtisadçılar tütün və spirtli məhsulların qiymətinin artmasını bir tərəfdən pozitiv hal kimi dəyərləndirsələr də, başqa tərəfdən qiymət artımından əldə olunacaq gəlirin hansı sahələrə yönəldiləcəyindən məlumatsız olduqlarını söyləyiblər.

Onlar deyiblər ki, bu məsələ bir çox xarici ölkələrdə sağlamlıq naminə atılsa da, ondan əldə edilən gəlirin xərclənəcəyi istiqamətlər qabaqcadan planlaşdırılır.

Ekspertlərin bildirməsinə görə, belə gəlirlər əsasən sosial sahələrə və idmanın inkişafına yönəldilir.

XS
SM
MD
LG