Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Berdymukhammedov da öz gələcəyinə ‘hazırlaşır’


Gurbanguly Berdymukhammedov
Gurbanguly Berdymukhammedov

Türkmənistanın keçmiş prezidentləri ölkə parlamentinin yuxarı palatası – Xalq Maslaxatının ömürlük üzvü olacaqlar.

Hərçənd belə bir palata hələ açılmayıb və onun açılması Konstitusiyaya düzəlişlər layihəsində nəzərdə tutulub.

Düzəlişlər layihəsini fevralın 24-də Türkmənistanın rəsmi xəbər agentliyi dərc edib.

Bu layihəyə görə hər bir eks-prezident özünün istədiyi təqdirdə Xalq Maslaxatının ömürlük üzvü olacaq.

Berdymukhammedov hakimiyyətə konstitusiyanı pozaraq gəlib

Bundan əvvəl Türkmənistan Konstitusiyasında keçmiş prezidentlər barədə müddəalar ümumiyyətlə olmayıb.

Konstitusiyada yalnız bu göstərilir ki, prezident çox ağır xəstə olarsa, onun səlahiyyətləri Milli Məclisin sədrinə keçir.

Dəyişiklikdən sonra Milli Məclis parlamentin aşağı palatası olacaq.

2006-cı ildə Konstitusiyanın bu maddəsi işləməmişdi. Prezident Saparmurat Niyazov vəfat edəndə Məclisin sədrinə qarşı cinayət işi qaldırılmış və dövlətin başına ovaxtkı baş nazir müavini Gurbanguly Berdymukhammedov keçmişdi.

Konstitusiyanın yeni redaksiyasında qeyd olunacaq ki, prezident ağır xəstə olduqda onun vəzifəsini Xalq Maslaxatının – yəni yeni yaradılacaq yuxarı palatanın sədri həyata keçirəcək.

Bu da qeyd olunur ki, Xalq Maslaxatının və Milli Məclisin sədrləri gizli səsvermə yolu ilə seçiləcəklər.

Ağsaqqallar Şurası
Ağsaqqallar Şurası

Bütün dünyada olduğu kimi

Qanunverici orqanda islahatlar 2019-cu ilin payızında təklif edilmişdi.

Berdymukhammedov-un ideyasına görə Türkmənistanda da bütün dünyada bir qayda olaraq mövcud olan ikipalatalı parlament sistemi işə salınmalıdır.

Hazırda Türkmənistan parlamentində - Milli Məclisdə 125 deputatı olan yalnız bir palata var.

Milli Şura, yəni Xalq Maslaxatı Niyazovun vaxtında böyük nüfuza malik idi və keçmiş prezidentin bütün qərarlarını o təsdiqləyirdi.

Amma Berdymukhammedov Xalq Maslaxatını ləğv edib, yerində Yaşlılar Maslaxatı və ya Ağsaqqallar Şurası yaratmışdı.

Bu şuranın artıq heç bir real səlahiyyətləri yox idi.

Milli Şura Berdymukhammedov-a yalnız bir dəfə 2018-ci ilin payızında lazım olmuşdu.

O vaxt əhaliyə pulsuz qaz, su, elektrik verilməsinə dair qaydanı elə formal olaraq bu şura ləğv etmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG