Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Türkiyədə bir neçə yazıçı barədə cinayət işləri açılıb


Elif Shafak
Elif Shafak

Türkiyə prokurorları populyar romanlar müəllifi Elif Shafak da daxil bir neçə yazıçıya qarşı cinayət təhqiqatına başlayıblar. İnsan haqları müdafiəçiləri bunu hökumətin azad söz üzərinə daha bir hücumu adlandırırlar.

The Guardian yazır ki, yazıçılara qarşı cinayət işlərinə başlanmasından az əvvəl sosial mediada uşaqlara qarşı təcavüz və cinsi zorakılıq kimi ağrılı məsələlər qızğın müzakirə edilirdi.

Lakin Abdullah Şevkinin romanından bir parça Twitter-də paylaşıldıqdan sonra Türkiyə Mədəniyyət və Turizm Nazirliyi yazıçıdan polisə rəsmi şikayət verib.

Romandan bu parçada bir uşağa qarşı cinsi təcavüzə pedofilin gözləri ilə baxılırdı.

Bu arada Türkiyənin Vəkillər Kollegiyası da rəsmi şikayət verərək hökumətdən bu kitabın qadağan olunmasını istəyib. Kitabın müəllifi və naşiri “uşaqlara qarşı təcavüzdə və cinayətə sövq etmədə” ittiham olunaraq saxlanıblar.

Bunun ardınca sosial media istifadəçiləri hüquq-mühafizə orqanlarının diqqətini çəkmək üçün başqa yazıçıların romanlarından da parçaları paylaşmağa başlayıblar. Bu yazıçıların arasında Elif Shafak və Ayşe Kulin də var. Paylaşım edənlər bu iki yazıçı barəsində də eyni ittihamları irəli sürürlər.

Shafak deyib ki, son iki gündə minlərlə təhqiramiz mesajlar alıb. Bu arada prokurorluq Shafak-ın əsərlərini araşdırmağa başlayıb. Hüquq-mühafizə orqanlarının əsas diqqəti onun iki əsərinin üzərinə yönəlib. Bunlar 1999-cu ildə çap olunmuş “Məhrəm” və 2016-cı ildə işıq üzü görmüş “Həvvanın üç qızı” romanlarıdır.

Shafak bildirir ki, Türkiyə ədəbiyyatında uşaqlara qarşı cinsi təcavüzdən bəhs edən nə varsa hamısının cinayət araşdırması aparılır:

“Bu onların təzə məşğuliyyətidir. Əlbəttə, acınacaqlısı budur ki, bu ölkədə həm qadınlara, həm də uşaqlara qarşı təcavüz hallarının sayı artmaqdadır. Türkiyə məhkəmələri real həyatda baş verən bu hallara aid işləri qəbul etmir. Qanunlar olduğu kimi qalır. Onlar cinsi zorakılığın qarşısını almaqdansa, yazıçılar barədə cinayət işləri qaldırırlar. Bu, böyük faciədir. Bu lap əcinnə ovuna çevrilib”.

2015-ci ildə Türkiyədə zorlanmış və öldürülmüş 20 yaşlı tələbə Ozgecan Aslanın anım nümayişi
2015-ci ildə Türkiyədə zorlanmış və öldürülmüş 20 yaşlı tələbə Ozgecan Aslanın anım nümayişi

İngiltərə PEN təşkilatının direktoru Antonia Byatt deyib ki, o Shafak-a yazılan təhdidlərdən dərin narahatlıq keçirir:

“Türkiyədə ifadə azadlığı getdikcə artan təhlükə ilə üz-üzədir. Bir çox yazıçılar həbsxanadadırlar, ya da könüllü sürgünə məcbur ediliblər”.

2006-cı ildə Shafak “türklüyün təhqirinə görə” mühakimə olunsa da, sonunda işə xitam verilib.

O “Ata və bic” romanında ermənilərin I Dünya Müharibəsi zamanı qırğınlarını soyqırım adlandırmışdı.

Yazıçı deyir ki, onun romanlarında cinsi təcavüz səhnələri var, lakin bu onun bu halı məqbul sayması anlamına gəlmir:

“Onlar heç bir fərq qoymurlar. Yazıçının pedofiliya, cinsi zorakılıq və cinsi qısnama barədə cümlələrini əsərdən ayırır və sonra bunu belə qələmə verirlər ki, guya yazıçı cinsi qısnamanı müdafiə edir. Əslində isə bunun tam əksidir. Mən ömrüm boyu qadın, uşaq və azlıqların hüquqları uğrunda mübarizə aparmışam. Belə çıxır ki, yazıçı ümumiyyətlə belə şeylər barədə heç nə yazmamalıdır”.

Shafak-ın Türkiyə naşiri Doğan Kitab bildirir ki, Shafak həmişə qadınalrın, uşaqlaırn və azlıqların yazıçısı olub:

“Cinsi qısnama və insest sosial yaralardır. Ədəbiyyatın əsas subyekti də bu yaralardır. Elif Shafak qurbanların və yaralı insanların ən yaxşı türk yazıçısıdır. Onun əsərləri təkcə bizə yox, bütün dünyaya töhfədir”.

Girls Not Brides (Qız uşaqlarından gəlin olmaz) kampaniya təşkilatının məlumatına əsasən Türkiyə uşaq nikahlarına görə Avropada lider ölkələrdən biridir. Türkiyədə ərə verilən qızların 15 faizi 18 yaşına çatmayanlardır. Daha 1 faizi isə 15 yaşınadək ərə verilənlər təşkil edir.

Shafak deyir ki, bu problem bütün Yaxın Şərq boyunca başqa ölkələrdə də var:

“Bizim güclü qadın hərəkatına və gender agahlığına ehtiyacımız var. Ədəbiyyat bu məsələdə mühüm rol oynaya bilər. Amma onlar indi də yazıçılara hücum edirlər”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG