Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

İstanbulda təyyarə zolaqdan çıxıb, 3 nəfər həlak olub


Pegasus Airlines şirkətinin Boeing 737-86J təyyarəsi qəzadan sonra
Pegasus Airlines şirkətinin Boeing 737-86J təyyarəsi qəzadan sonra

İstanbul aeroportunda sərnişin təyyarəsi sürüşərək zolaqdan çıxıb və 3 hissəyə parçalanıb. Nəticədə üç nəfər həyatını itirib, 179 nəfər xəsarət alıb. Açıqlamanı Türkiyənin Səhiyyə naziri Fahrettin Koca verib.

Nəqliyyat naziri Mehmet Cahit Turhan fevralın 6-da deyib ki, Boeing 737 sürətini azalda bilməyib və Sabiha Gokcen aeroportuna “sərt eniş” edib.

Pegasus Airlines şirkətinə məxsus təyyarədə 177 sərnişin, altı heyət üzvü olub.

Təyyarə leysan yağış və güclü külək səbəbindən zolaqdan çıxıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər və xilasedicilər göndərilib.

“AP”nin əldə etdiyi videoda mühərriklərdən birindən tüstü qalxdığı, sərnişinlərin təyyarənin korpusundan qanadları üzərinə tullandığı, hadisə yerindən uzaqlaşmağa çalışdığı görünür.

Digər videoda isə təyyarəyə ciddi ziyan dəydiyini, korpusunun üç yerə parçalandığını görmək mümkündür.

Təyyarə İstanbula İzmirdən gəlirdi.

***

Türkiyənin Sabiha Gökçen hava limanında enərkən uçuş-eniş zolağından çıxan və üçə bölunən təyyarənin göyərtəsində olan 183 nəfərin hamısı salamat qalıb.

İstanbul qubernatoru Ali Yerlikaya deyib ki, fevralın 5-də baş vermiş qəza nəticəsində xəsarət alan 52 nəfər xəstəxanaya yerləşdirilib.

Türkiyə Nəqliyyat Nazirliyinin məlumatına görə Pegasus Airlines hava yolları şirkətinin təyyarəsində 177 sərnişin və 6 heyət üzvü vardı.

Nəqliyyat naziri Cahit Turan bildirib ki, qəza zamanı itki olmayıb.

Xəbər verilir ki, təyyarə yerə endikdən sonra alışıb və xilasedicilər dərhal hadisə yerinə yollanıblar.

Hazırda hava limanı bütün uçuşlar üçün bağlanıb.

Hava radarlarının məlumatına görə qəza vaxtı leysan və ildırımlar müşahidə olunmuşdu.

Türkiyə prokurorluğu qəza ilə bağlı araşdırmaya başlayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG