Türkiyədə son 24 saatda 63 nəfər vəfat edib və koronavirus ölümlərinin ümumi sayı 277-yə çatıb.
Səhiyyə naziri Fahrettin Koca aprelin 1-də deyib ki, son bir sutka ərzində daha 2148 nəfərin COVID-19 virusuna yoluxduğu aşkarlanıb.
Daily Sabah saytı xəbər verir ki, beləliklə hazırda Türkiyədə 15,679 yoluxma halı qeydə alınıb.
Nazir deyib ki, Türkiyədə virusun ölümcüllük faizi 1.58-dir. Bu, bir çox ölkələrdə olduğundan xeyli aşağı göstəricidir.
Bu da qeyd olunub ki, indiyədək 333 pasient sağalıb.
Xəstəxanalarda sıxlıq yoxdur
Nazir deyib ki, xəstəxanalarda sıxlıq da yoxdur və reanimasiyadakı yerlərin 63 faizi tutulub. Türkiyənin Anadolu regionundakı xəstəxanalarda çarpayalıların 60 faizi boş qalır.
Reanismasiya şöbələrində 979 pasient var.
Bu da xəbər verilir ki, Türkiyədə son 24 saat ərzində 14,396 koronavirus testi keçirilib. İndiyədək keçirilmiş testlərin sayı 106 minə çatıb.
Koca deyib ki, Türkiyənin 81 vilayətinin hamısında COVID-19 virusu qeydə alınıb və ölüm halları 39 vilayətdə baş verib.
Yoluxanların 8852-si İstanbuldadır. Bu, bütün yoluxmaların 60 faizi qədərdir.
Nazir bildirib ki, virusa yoluxmadan ölənlərin 68,8 faizi yüksək qan təzyiqindən əzab çəkənlər idi.
Vəfat edənlərin 80 faizi yaşı 60-dan çox olanlardır.
Fahrettin Koca deyib ki, ölkədə tibb heyətindən 601 nəfəri koronavirusa yoluxub.
Nazir bildirib ki, dövlət müəssisələrinə 4 milyon yüksək qoruyuculuğu olan N95 maskaları paylanıb.
Aprelin 1-ə olan məlumata görə bütün dünya boyunca koronavirusa 911 min 300 nəfər yoluxub. Bunlardan 45,400 nəfəri vəfat edib, 193 min nəfəri sağalıb.