Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Türkiyədə İran kəşfiyyatına xidmətdə şübhəli bilinən 11 nəfər həbs edilib


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

Türkiyənin hakimiyyət orqanları bildirir ki, İrandan sürgün olunmuş dissidentdən Tehranın təlimatı ilə casusluq etməkdə və onun oğurlanmasında şübhəli bilinən 11 nəfər saxlanıb.

Dekabrın 14-də verilmiş xəbərdə deyilir ki, Türkiyənin Milli Təhlükəsilik Təşkilatının (MİT) xəfiyyələri Türkiyə vətəndaşları olan 11 nəfəri Həbib Çaab yoxa çıxandan sonra həbs ediblər.

Əhvazın Azadlıqğı uğrunda Mübarizə Hərəkatının keçmiş lideri Çaab İsveçdə yaşayırdı və oktyabr ayında İstanbula gəlmişdi.

Türkiyə polisi bildirir ki, sözü gedən şübhəlilər Çaabı İstanbulda qamarlayaraq maşına basıblar və daha sonra onu Van rayonunda İran sərhədinə gətirərək o taya təslim ediblər.

Türkiyənin vəzifəli rəsmilərindən biri deyib ki, şübhəlilər İran kəşfiyyatının tapşırığını yerinə yetirirdilər.

Bu da xəbər verilir ki, onu Türkiyəyə aldadaraq gətirmişdilər.

İranın dövlət mediası Çaabın həbs olunmasına dair xəbəri noyabrda yayıb.

“Tovlayıb” gətiriblər

Əhvazın Azadlığı uğrunda Mübarizə Hərəkatı bildirir ki, həm də Həbub Asyud kimi tanınan Çaabı Türkiyəyə “tovlayıb” gətiriblər.

Bu təşkilat, əhalisi əsasən ərəblərdən ibarət olan neftlə zəngin Xuzistan ostanının İrandan ayrılması uğrunda mübarizə aparır.

Bu ostanın mərkəzi şəhəri Əhvaz 2018-ci ildə terror hücumuna məruz qalmışdı.

O vaxt törədilmiş partlayış nəticəsində mülkilər də daxil azı 25 nəfər həlak olmuşdu.

AzadlıqRadiosu yazır ki, son illərdə İranın bir neçə müxalifət fəalı müəmmalı şəkildə İrana aparılıb.

Bunlardan biri də 2019-cu ildə yaşadığı Fransadan İraqa səfər etmiş Ruhulla Zamdır.

O küfrdə ittiham olunaraq ölüm cəzasına məhkum edilmişdi. İran hakimiyyəti Zamı ötən həftə asaraq edam edib.

Erdoğanın şeir oxumasından sonra

AzadlıqRadiosu diqqəti belə bir məqama çəkir ki, son həbslər Türkiyə prezidenti Recep Tayyip Erdoğanla İranın vəzifəli rəsmiləri arasında söz çəkişməsinin davam etdiyi vaxta təsadüf edir.

Erdoğanın Azərbaycana səfri zamanı oxuduğu şeir parçası İranı qəzəbləndirmiş və Türkiyə səfiri XİN-ə dəvət olunmuşdu.

Ona bildirilmişdi ki, İran hökuməti Erdoğanın çıxışını “müdaxiləçi və qeyri-məqbul” hesab edir.

Buna cavab olaraq İranın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilmiş və İran tərəfinin “əsassız” ittihamlar irəli sürməsi diplomatın nəzərinə çatdırılmışdı.

İranı narahat edən Erdoğanın oxuduğu şeir parçasında Araz çayının adının çəkilməsi idi. Böyük Azərbaycan azlığına malik İran belə mövzulara qısqanc yanaşır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG