Türkiyə mediasının yaydığı xəbərlərə görə yanvarın 24-də ölkənin şərqindəki Elazığ vilayətində baş vermis 6.8 bal gücündə zəlzələdə ölənlərin sayı 20-ni keçib. Çox sayda insanın xəsarət aldığı bildirilir.
Türkiyə Fəlakət və Fövqəladə Vəziyyətlər İdarəsinin məlumatına görə zəlzələ yerli vaxtla saat 20:55-də Elazığın Sivrice rayonunda qeydə alınıb. Zəlzələnin yerin 6, 7 kilometr dərinliyində baş verdiyi bildirilir.
Zəlzələnin ilk zərbəsindən sonra 5.4-3.3 bal arasında olan ard zərbələri baş verib.
Sosial mediada yayılan xəbərlərə görə Elazığ şəhərində zəlzələ səbəbi ilə qaz sızması nəticəsində yanğınlar baş verib: