Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Türkiyədə Belarus diplomatı güllələnib


Türkiyədə xidmətdə olan Belarus diplomatı qonşusu onu güllə ilə vurub yaraladıqdan sonra ağır vəziyyətdədir.

Belarus Xarici İşlər Nazirliyinin sözçüsü Anatoly Glaz bildirib ki, Belarus səfirliyinin müşaviri Alexander Poganshev Ankarada oğlu ilə evə gedərkən atəşə tutulub.

Ankara qubernatoru Vasip Şahin deyib ki, diplomat cərrahiyyə əməliyyatından sonra reanimasiyaya yerləşdirilib.

Şahin deyib ki, insident şəxsi mübahisə zəminində baş verib və heç bir siyasi motivi yoxdur.

Glaz deyib ki, diplomatın qonşusu keçmiş hərbçidir və ruhi xəstəliyi var.

XS
SM
MD
LG