Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 23:22

Türkiyədə azı 20 türkmən əldəqayırma araqdan ölüb


İllüstrativ foto
İllüstrativ foto

Türkiyə polisi xəbər verir ki, son bir həftə ərzində azı 20 türkmən miqrant əldəqayırma araqdan zəhərlənərək ölüb.

AzadlıqRadiosunun Türkmən xidmətinin məlumatına görə daha 60 nəfər ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib.

Zəhərlənmə barədə Türkiyə mediaları da xəbər verir.

AzadlıqRadiosunun İstanbuldakı mənbəyi bildirir:

"İki gün ərzində 10-dan artıq türkmən miqrant əldəqayırma arağı içdikdən sonra ölüb. Onlarca başqa miqrantlar isə ağır zəhərlənmə simptomları ilə xəstəxanalara yerləşdirlib. Həkimlər onların vəziyyətinin ağır olaraq qaldığını deyirlər”.

11 nəfər saxlanıb

CNNTürk telekanalının xəbərində deyilirdi ki, “beşi Zeytinburnu, beşi Başakşehir, ikisi Güngören, ikisi Esenyurd və 1-i Fatihdə olmaqla ümumilikdə 15 nəfər ölüb”.

Telekanal bildirirdi ki, daha 60 nəfər reanimasiyaya yerləşdirilib.

Bu arada Türkiyə polisinin sertifikatsız spirtli içkilərin alverində şübhəli bilinən 11 nəfəri saxladığı bildirilir.

Bu da qeyd olunur ki, bu şəxslərdən böyük həcmdə alkoqollu içki ilə yanaşı bir neçə qeydiyyatsız odlu silah və güllələr də tapılıb.

Koronavirusdan qorunmaq üçün

Türkiyənin hakimiyyət orqanları hamıya, xüsusilə də əcnəbilərə saxta alkoqollu içkiləri istehlak etməmək xəbərdarlığı verib.

Türkiyə mediasının verdiyi xəbərlərə görə sözü gedən türkmənlər “təmiz spirtdən” hazırlanmış arağı koronavirusdan qorunmaq üçün içirdilər.

Belə görünür ki, ən təfərrüatlı və səhih məlumatı İstanbul polisi verir.

Bu məlumatda deyilir ki, saxta arağın hazırlanmasında etil yox, metil spirtindən istifadə olunub və bu, kütləvi ölüm və zəhərlənmə ilə nəticələnib.

Kiçik fərqin böyük fəsadları

Metil (metanol) və etil (etanol) spirtləri oxşar keyfiyyətlərə malik olsalar da (hər ikisi suda həll olur), onları fərqləndirən kiçicik kimyəvi struktur fərqi var. Bu kiçicik fərq böyük təhlükələr yaradır.

Fərq isə bundadır ki, metanol yüksək toksikliyə malikdir və hətta az miqdarda qəbulu insanlarda korluqdan ölümə qədər müxtəlif fəsadlar yarada bilər.

Etanoldan spirtli içkilər sənayesində geniş istifadə olunur. Lakin o da toksikliyə malikdir.

Amma bu toksikliyin fəsada çevrilməsi onun böyük həcmdə istehlakı zamanı baş verə bilər.

Başqa yerlərdə də olub

2017-ci ildə saxta spirtdən hazırlanmış içkilərdən daha bir kütləvi zəhərlənmə halı Rusiyanın Krasnoyarsk vilayətində baş vermişdi.

O vaxt 76 nəfər ölmüş, daha 120 nəfər xəstəxanaya düşmüşdü.

Ötən ayın axırında İranda baş vermiş zəhərlənmədə 159 nəfər ölüb. Bu adamlar da əldəqayırma alkoqol içmişdilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG