Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 06:56

Ankara İslandiyada Türkiyə futbolçularına göstərilmiş 'hörmətsizliyi' pisləyir


Mevlut Çavuşoğlu

Türkiyə rəsmiləri ölkənin milli futbol yığmasının İslandiyada qarşılaşdığı rəftarı pisləyiblər.

Komanda Reykyavikə Avropa Çempionatının seçmə matçında oynamaq üçün gəlib.

Associated Press agentliyi xəbər verir ki, türkiyəli futbolçular iyunun 9-da İslandiyanın Keflavik hava limanında iki saat müddətində sərt yoxlamaya məruz qoyulublar və onların yükləri dəfələrlə yoxlanıb.

Xəbərlərdə deyilir ki, sonradan yayılmış videoda Türkiyə jurnalistlərinə müsahibə verən komanda kapitanı Emre Belezoğluna tərəf çoxsaylı mikrofonlarla yanaşı ayaqyolu təmizləyən fırçanın da uzadıldığı görünür.

Bunu kimin etdiyi barədə məlumat verilmir, lakin onun yerlilərdən biri olduğu və bununla türk futbolçuları lağa qoymağa çalışdığı başa düşülür.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Twitter-də yazdığı postda türk futbolçularla rəftarı “adamlıq və diplomatik nəzərdən qeyri-məqbul” adlandırıb.

Çavuşoğlu daha sonra “bizim bununla bağlı lazım olanı edəcəyimizə heç bir şübhə olmamalıdır” yazıb.

Türkiyə və İslandiya yığmaları iyunun 11-də Reykyavikdə 2020-ci il Avropa Çempionatının seçmə matçında qarşılaşacaqlar.

Türkiyə yığması bundan əvvəl, iyunun 8-də Dünya Kubokunun sahibi olan Fransa yığmasına 2-0 hesabı ilə qalib gəlib.

İslandiya tərəfinin reaksiyası

Keflavik hava limanında təhlükəsizlik yoxlanışlarına cavabdeh Isavia şirkəti bildirib ki, Türkiyə yığmasını gətirən təyyarə Konya şəhərindən gəldiyinə görə onun sərnişinləri daha ciddi yoxlanışa məruz qalıb, beləki Konya kimi hava limanlarında yoxlanış qaydaları Avropa hava limanlarının standartına uyğun deyil.

Şirkət bildirib Avropa İttifaqının hava limanları ilə müvafiq razılaşmaları olmayan aeroportlardan gələn təyyarələrin sərnişinləri kimliyindən asılı olmayaraq sərt yoxlanışdan keçirlər.

Şirkətin bəyanatında yoxlamanın uzun çəkməsi sərnişinlərin yüklərində çoxsaylı elektron cihazların və maye flakonların olması ilə bağlı idi.

İslandiya Futbol Federasiyasının təhlükəsizlik komandası Visir saytına deyib ki, İslandiya komandası iki il əvvəl Türkiyədən qayıdanda onları da belə sərt yoxlamışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG