Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:01

ABŞ və Türkiyə arasında S-400 və F-35 gərginliyi son həddə çatır


Bu şəkil supermüasir F-35 qırıcı təyyarəsinin Paris Aeroşousunda uçuşa hazırlandığı zaman çəkilib (2017)
Bu şəkil supermüasir F-35 qırıcı təyyarəsinin Paris Aeroşousunda uçuşa hazırlandığı zaman çəkilib (2017)

Türkiyə bildirib ki, onun Rusiyadan S-400 raketdən müdafiə sistemləri alması ölkənin ABŞ-ın rəhbərlik etdiyi F-35 qırıcı təyyarə layihəsindən kənarlaşdırılması üçün əsas ola bilməz.

Türkiyə müdafiə naziri Hulusi Akarın mayın 3-də verdiyi bu bəyanatdan əvvəl onun amerikalı həmkarı demişdi ki, Ankaranın Moskvadan S-400 alması, Türkiyənin F-35 qırıcı təyyarələrinin istehsalında iştirakına son qoyan nəticələrdən biri ola bilər.

Akar bunu da bildirib ki, Türkiyə hazırda ABŞ-ın Ankaraya alternativ olaraq Patriot raket müdafiə sistemləri satmaq təklifini təhlil etməkdədir və bu, Vaşinqtonun əvvəlki təkliflərindən daha pozitiv təklifdir.

Prezident Recep Tayyip Erdoğan (solda) və müdafiə naziri Hulusi Akar
Prezident Recep Tayyip Erdoğan (solda) və müdafiə naziri Hulusi Akar

Akar Türkiyənin NTV telekanalına deyib ki, Ankaranın F-35 qırıcı təyyarə proqramından xaric edilməsi bu layihənin başqa iştirakçı partnyorları üzərinə ağır yük qoyardı:

"Partnyorluqda belə bir maddə yoxdur ki, sən S-400 alsan, proqramdamn çıxarılacaqsan. Proqramdan yalnız hansısa bir ölkənin belə istəməsinə görə çıxarılmaq nə ədalətə, nə qanunlara, nə də hüquqa sığır. Belə bir şey baş verməməlidir”.

Türkiyə NATO üzvü kimi bütün alyansın istifadəsi üçün bu qırıcıların istehsalında iştirak edir və 100 ədəd F-35 almağı planlaşdırır.

Türkiyənin bir neçə müəssisəsi F-35 qırıcıları üçün hissələr və avadanlıq hazırlayır. Bu istehsalat və xidmətlərə uzaqvuran önləyici raketlər, təyyarə gövdəsinin yığılması və naqilləmə daxildir.

Birləşmiş Ştatlar Ankaranı dəfələrlə Rusiyadan S-400 raket sistemlərinin alışını ləğv etməyə çağırıb. Vaşinqton bildirir ki, S-400 raketləri NATO sistemlərinə uyğun deyil, üstəlik potensial olaraq F-35-ləri vurmaq məqsədilə yaradılıb.

Akar deyib ki, Türkiyə Birləşmiş Ştatlara və NATO-nun başqa üzvlərinə S-400-lərin F-35 qırıcılarına təhlükə olmayacağı barədə qarantiya verib və bu istiqamətdə müəyyən tədbirlər görüb.

ABŞ müdafiə nazirinin əvəzi Patrick Shanahan
ABŞ müdafiə nazirinin əvəzi Patrick Shanahan

ABŞ-ın müdafiə naziri əvəzi Patrick Shanahan mayın 3-də demişdi ki, o ötən həftə Lockheed Martin və United Technologies Corp. şirkətlərinin rəhbərləri ilə görüşüb və F-35-ə aid istehsalatın Türkiyədən çıxarılması mümkünlüyünü müzakirə edib:

"Əgər Türkiyə qərara alsa ki, S-400-lərin əldə edilməsi ona daha sərfəlidir, onda biz istehsalat işlərini Türkiyədən çıxarmalı olacağıq”.

Vaşinqton təklif edib ki, əgər Türkiyə Rusiyanın S-400 sistemlərini almaqdan imtina etsə, ABŞ ona Patriot raket sistemlərini sata bilər.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bundan əvvəl israr edirdi ki, o, Rusiya sistemlərini alacaq və bu, artıq həll olunmuş məsələdir.

O mayın 1-də bəyan etmişdi ki, Türkiyə F-35 proqramından kənarlaşdırılsa, bu layihə iflasa uğraya bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG