Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 00:48

Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib


Arxiv fotosu

Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib.

Bu məlumatı bugün, noyabrın 30-da Azərbaycan Müdafiə Nazirliyi yayıb:

“Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb.”

Məlumata görə, Türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək, mühəndis bölmələrinə tədris məşğələləri təşkil edəcək.

Noyabrın 14-də Füzuli rayonunun işğaldan azad olunmuş Alxanlı kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə iki qardaş minaya düşüb, onlardan biri həlak olub.

Bundan başqa, noyabrın 28-də Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində də dörd mülki şəxs avtomobildə minaya düşərək həlak olublar.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da (9-da) Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur.

Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları ye rləşdirilir.

Artıq, noyabrın 20-də Azərbaycan ordusu razılaşmaya uygun Ağdam rayon mərkəzinə daxil olub. Noyabrın 25-də isə Kəlbəcər rayonu işğaldan azad edilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG