Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Türkiyə 101 Suriya əsgərini ‘neytrallaşdırdığını’ deyir


Türkiyə əsgərləri İdlibdə
Türkiyə əsgərləri İdlibdə

Türkiyə fevralın 10-da bildirib ki, ölkənin 5 əsgərinin İdlib qəzasının bombardmanında öldürülməsinin ardınca Suriya hökumət qoşunlarının 101 əsgərini “neytrallaşdırıb”.

İdlib Suriyada Türkiyənin dəstəklədiyi silahlı müxalifətin son istehkamıdır.

Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir ki, bu əməliyyat zamanı Suriya tərəfinin üç tankı, iki topu və bir helikopteri sıradan çıxarılıb.

Fevralın 9-da Türkiyənin 5 əsgərinin öldürüldüyü gün Rusiyanın nümayəndə heyəti İdlibdəki gərginliyin azaldılması yollarını müzakirə etmək üçün Ankaraya gəlib.

Danışıqların ikinci dövrəsi də uğursuzluqla nəticələnib.

Türkiyə rəsmiləri fevralın 10-da Rusiya nümayəndələrinə deyiblər ki, Suriya hökumət qoşunlarının bu ölkənin şimalındakı Türkiyə hərbi postlarna hücumları dərhal dayandırılmalıdır.

Suriya prezidenti Bashar al-Assada loyal qüvvələrin İdlib və Hələb qəzalarında Rusiya tərəfindən dəstəklənən hücumları nəticəsində dekabrdan bəri 700 min insan evlərindən didərgin düşüb.

Türkiyə prezidentinin köməkçisi Ibrahim Kalın və Rusiya nümayəndə heyətinin görüşündə Rusiya tərəfinə bildirilib ki, Türkiyə qüvvələrinin üzərinə hücumlar qəbuledilməzdir və Moskva Ankara ilə 2018-ci ildə bağladığı saziş üzrə öhdəliklərini icra etməlidir.

Assadı dəstəkləyən Rusiya və Suriya müxalifətini dəstəkləyən Türkiyə bu sazişi Suriyanın şimalında de-eskalasiya zonasının yaradılması üçün imzalamışdılar.

Buna baxmayaraq Suriya qoşunları Rusiya aviasiyasının dəstəyi ilə İdlibdəkki hücumlarını intesivləşdirib.

Ötən həftə İdlibdə baş vermiş toqquşmalar və atışmalar nəticəsində 8 Türkiyə hərbçisi və 13 Suriya əsgəri öldürülmüşdü.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG