Keçid linkləri

2024, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:09

Rusiyada hakerlər SWIFT sistemindən 6 milyon dollar oğurlayıblar


Rusiya Mərkəzi Bankının fevralın 16-da verdiyi məlumata görə ötən il Rusiyada hakerlər SWIFT beynəlxalq ödəniş sisteminə hücumla 339, 5 milyon rubl (6 milyon dollar) oğurlayıblar.

TASS agentliyi Mərkəzi Banka istinadən xəbər verir ki, SWIFT sistemində çalışan bir operatorun işçi yerinə edilmiş “uğurlu hücum” pulların oğurlanmasına yol açıb.

Hər gün trilyonlarla dollar pulun transferi ilə məşğul olan SWIFT-in sözçüsü bu barədə hər hansı şərh verməkdən imtina edib.

SWIFT ötən ilin sonunda bildirmişdi ki, hakerlərin daha təkmil metodlardan istifadə etməsi ilə əlaqədar rəqəmsal oğurluğun miqyası və həcmi artıb.

Dekabr ayında hakerlər SWIFT sistemindən istifadə etməklə Rusiyanın Globex bankından 55 milyon rubl (974 min dollar) oğurlamağa cəhd göstərmişdilər.

2016-cı ilin fevralında isə hakerlər Banqladeş bankından 81 milyon dollar oğurlamışdılar.

XS
SM
MD
LG