Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:43

Suyun da qiyməti qalxa bilər


Azərenerjinin yeni rəhbəri Baba Rzayev kimdir?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Azərenerjinin yeni rəhbəri Baba Rzayev kimdir?

“AzərSu” Açıq Səhmdar Cəmiyyəti 2017-ci ili yarım milyard manatlıq zərərlə başa vurub. Bu haqda qurumun 2017-ci il üzrə maliyyə hesabatında qeyd olunur.

Müxalif Real Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, bu hesabat “AzərSu”da ciddi problemləri üzə çıxarır. Əvvəla dövlətdən maliyyə dəstəyi alan, vergi və digər güzəştlər edilən bir qurumun bu qədər böyük məbləğdə zərərlə işləməsi sual doğurur:

“AzərSu-nun həm kommunal xidmətlərə, həm də elektrik enerjisinə olan borcu dəfələrə silinib. Son 20 ildə 6 dəfə belə silinmə əməliyyatı olub. Yəni, Azərsuya dövlət belə dəstək də göstərib. Amma bütün bu dəstəyə baxmayaraq, Azərsunun ziyanla işləməsi iş prinsipinin doğru qurulmamasından, fəaliyyətlərinin şəffaf olmamasından xəbər verir, korrupsiya şübhələrini artırır”.

Biz bütün deyilənlərlə bağlı Azər Su ASC-dən də şərh almağa çalışdıq. Amma gün ərzində qurumun mətbuat xidməti zənglərimizə cavab vermədi.

Lakin AzərSu ASC-nin illik hesabatında bəzi suallara aydınlıq gətirilir. Hesabatda qeyd olunur ki, qurumun su satışı və kanalizasiya xidmətindən ümumi gəliri ötən il 150 milyon manat civarında olub. Zərərin əsas səbəbləri kimi isə göstərdiyi xidmətlərin qiymətinin aşağı olması göstərilir:

“Buna əsas səbəb Tarif Şurasının müəyyənləşdirdiyi tarifin su və kanalizasiya xidmətləri üzrə tam maya dəyərindən aşağı olmasıdır. Maliyyə Nazirliyinin 2017-ci il üçün gəlirlər və xərclər smetasının illik icrası üzrə monitorinqin nəticələrinə əsasən Qrup üçün 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.17 AZN təşkil edir. Qrupun 2017-ci il üzrə müvafiq qanunvericiliyə uyğun hazırlanmış hesabatlarında 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.41 AZN, orta satış qiyməti isə 0.74 AZN olub. Hesabat ilində 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətindən 2 dəfəyə yaxın çox olub”.

Hesabatda qeyd olunur ki, AzərSu-nun rəhbərliyi qurumun inkişafı üçün hazırlayıb. Bu planla abunəçilərin sayını artırmağı, qalan borcları toplamağı, satış üzrə zərərləri azaltmağı düşünür.

İqtisadçı ekspert Natiq Cəfərli ehtimal edir ki, Azər Su zərərini belə ictimailəşdirməklə ilin sonuna kimi su və kanalizasiya xidmətlərinin qiymətini artırmağa çalışır.

Azər Su ASC zərərlə işlədiyini, satılan suyun və kanalizasiya xidmətlərinin maya dəyərindən iki dəfə az oluduğunu bəyan edir. Mövzumuzu davam edirik. İqtisadçı Natiq Cəfərli AzərSu-nun bu açıqlaması ilə razılaşmır. O iddia edir ki, xərclər o qədər şişirdilib ki, şirkətin gəlirləri bu xərci ödəyə bilmir:


“Həm ştat sayı kifayət qədər şişirdilib. Həm də ayrılan vəsaitin düzgün xərclənməməsi nəticədə maya dəyərinin şişməsinə gətirib çıxarır. Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlər normaldır. Düzgün idarəetmə təşkil olunsa, şəffaflıq təmin edilsə, bu qiymətlərlə əhaliyə həm keyfiyyətli xidmət göstərmək, həm də ziyansız işləmək olar. Zərərlə işləməyin əsas səbəbi korrupsiya şübhələridir”.

Natiq Cəfərli iddia edir ki, AzərSu-nun tenderlərini də qurumun rəhbərliyinə yaxın şirkətlər udur. AzadlıqRadiosunun 2012-ci ildə apardığı araşdırma da üzə çıxarmışdı ki, Şüvəlana kanalizasiya xəttinin çəkilməsi ilə bağlı tenderlərin qalibi Azər Su-nun rəhbərinə yaxın şirkətlərdir. Amma o vaxt Azər Su-nun sözçüsü bütün bu iddiaları rədd edirdi.

Müstəqil ekspertlər xidmət sahəsində keyfiyyəti artırmaq, korrupsiya ehtimallarını azaltmaq üçün bu sahənin özəl şirkətlərin idarəetməsinə verilməsində görürlər. İqtisadçı Natiq Cəfərli də bu təklifi dəstəkləyir. Deyir ki, belə olacağı halda rəqabət artar, xidmətin keyfiyyəti yüksələr və qiymətlər enər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG