Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Qərargah:“Fərdi tiklilərin hasarlarında çatlar əmələ gəlib”


Bakı, Bayıl yamacı, 25 yanvar 2018
Bakı, Bayıl yamacı, 25 yanvar 2018

Qərargah: “Fərdi tiklilərin hasarlarında çatlar əmələ gəlib”

Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında müşahidələr davam etdirilir.Saat 15:00 -a olan məlumata əsasən, sürüşmə ocağında aktivlik qalmaqdadır. Lakin sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi və yaradılmış qərargahın üzvü Teymuraz Ələkbərov məlumat verib.

O, bildirib ki, hazırda sürüşmə kütləsini təşkil edən süxur qırıntılarının avtomobil yoluna doğru hərəkəti müşahidə olunur. Eyni zamanda, sürüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarının sürüşməyə tərəf olan hissəsində çatlar və oturmalar qeydə alınıb.

--

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar qəsəbəsində sürüşmə ilə bağlı qərargah yaradıb.
Nazirlikdən verilən məlumata görə, Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələr sutka ərzində davam etdirilib.

“ Son 12 saat ərzində sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb”, məlumatda vurğulanır.

Xatırlatma

Bayıl qəsəbəsi 20-ci sahə adlı ərazidən Badamdar yoluna çıxışda son dönəmlər ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib. Oktyabrın 12-si və 13-də sürüşmənin davam etdiyi açıqlanmışdı.
“Səhər saatlarında istinad divarı sürüşüb 4-5 metrə qədər aşağı düşdü, demək olar ki, divarın yarısından çoxu dağılıb.”,deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bldirmişdi.

Ekspedisiya rəisi habelə demişdi ki, oktyabrın 12-də axşam 11 evin sakini sürüşmə ərazisinin yaxınlığından çıxarılıblar, kommunal xidmət kəsilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG