Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Ekspedisiya rəisi: Sürüşmə aktiv fazaya keçib


Arxiv foto, torpaq sürüşməsi, Şamaxı
Arxiv foto, torpaq sürüşməsi, Şamaxı

Bakı şəhəri, 20-ci sahə, Badamdar yolu üstündəki sürüşmə oktyabrın 13-ü saat 8 radələrindən yenidən aktivləşib.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralov bildirib ki, sürüşmə, təxminən, 200 metrdən artıq eni olan bir ərazini əhatə edir.

Ekspedisiya rəisi habelə vurğulayıb ki, sürüşmənin qarşısını almaqdan ötrü tikilmiş istinad divarının əksər hissəsi çöküb.

Xatırlatma

Bayıl qəsəbəsi 20-ci sahə adlı ərazidən Badamdar yoluna çıxışda son dönəmlər ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib. Səbayel Rayon İcra Hakimiyyəti isə sürüşmə zonası yaxınlığında olan 8 evin sakinlərinə evlərini müvəqqəti tərk etmək haqqında xəbərdəarlıq verib.

XS
SM
MD
LG