Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 05:24

Suriyaya silah-sursat daşıyan Rusiya gəmisində problem


Arxiv foto

Əsasən Suriyaya hərbi yük daşıyan Rusiyaya məxsus "Orsk" gəmisində problem yaranıb. Qara dəniz donanmasına aid gəminin iki dizel mühərrikindən biri sıradan çıxıb.

Bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb. Hələki ölkənin hərbi dəniz donanmasından məsələyə hər hansı reaksiya verilməyib.

Rusiya hərbi dəniz donanmasına məxsus bu tip böyük gəmilər əsasən tanklar da daxil olmaqla, zirehli texnikalar daşımağa qadirdir.

Avio.pro saytının yazdığına görə, ötən il "Orsk" gəmisi Rusiya Hərbi Dəniz Qüvvələrinin maddi-texniki bazasının yerləşdiyi Tartus limanında ən azı üç dəfə dayanıb.

Dekabr ayında gəmi Suriyaya nəqliyyat vasitələri, silah və sursat çatdırıb. "Orsk" gəmisi 1500 tonadək avadanlıq və yük götürmək qabliyyətinə malikdir.

XS
SM
MD
LG