Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Suriyaya gedənlərin məhkəmədə ifadələri...


"Arvadım İŞİD-ə qoşulub"
Gözlə

No media source currently available

0:00 0:11:16 0:00

"Arvadım İŞİD-ə qoşulub"

«İslam Dövləti» (İŞİD) qruplaşmasına qoşulub, onun bir qolu olan «Nüsra Cəbhəsi»nin tərkibində döyüşməkdə suçlanan daha üç azərbaycanlı məhkəmə önünə çıxarılıb. Ancaq onlar deyirlər ki, yalandır, heç vaxt İŞİD-çi olmayıblar, əllərinə silah almayıblar.

Bu barədə sentyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində danışıblar.

Mühakimə olunan üç nəfər Emin Quliyev, Asim BaxışovTeyfur Əliverdiyevdir.

Cinayət işinin materiallarında yazılıb ki, adları çəkilən şəxslər Suriyada Gürcüstan vətəndaşı Sərxan Bakraşvilinin rəhbərlik etdiyi silahlı qruplaşmanın tərkibində, hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbula gəlib, oradan da Azərbaycana qayıdıblar. Onlar Azərbaycanda həbs olunublar.

Təqsirləndirilən şəxslərdən E.Quliyevin vəkili deyir ki, bundan öncə onu üç dəfə tutub, izahatını alıb buraxıblar. E.Quliyev özü də deyir ki, niyə həbs olunduğunu bilmir.

Digər iki təqsirləndirilən - T.Əliverdiyev və A.Baxışov da özlərini təqsirli bilməyiblər.

Hakim xatırladıb ki, onların istintaqa ilkin ifadələri etiraf xarakterli olub. Həmin ifadələr elan olunub.

«Suriyada baş verən döyüşlərdə insanlara kömək etmək üçün cihada getmək istədim. Burada və Türkiyədə olan şəxslər vasitəsilə Suriyaya getdim. Artma şəhərində Asim və Teyfurla təlimlərlə tanış olduq. Aşurov Nicatın rəhbərlik etdiyi «Azəri» camaatının olduğunu eşitdik. Bir müddət sonra məni ora aparan Cəmilin döyüşlərdə öldüyünü öyrəndik.

İŞİD qovulandan sonra kişilər bərbərxanaya axışır
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

«Məni birinci mərtəbədə yaxşıca əzişdirdilər»

Bəşər Əsədin ordusunun nəzarətində olan «Batar Minna» hava limanı uğrunda gedən döyüşlərdə ayağımdan və qolumdan yaralandım. Suriyada bir müddət xəstəxanada qalsam da, yaram ciddi olduğu üçün Türkiyəyə getməyimi məsləhət bildilər. İstanbula gəlib orada müalicə olundum, sonra da Azərbaycana qayıtdım», – təqsirləndirilən E.Quliyevin istintaqa ilkin ifadəsi belə olub.

Ancaq o, məhkəmədə fərqli ifadə verib: «Məni ora Cəmil aparmışdı, dedi ki, yük daşımağa kömək edərsən. Ora bomba düşdü, partladı, mənim də başım əzildi».

Bakıda sement zavodunda işlədiyini deyən təqsirləndirilən T.Əliverdiyev bildirib ki, ondan ilkin ifadəni təzyiq altında alıblar: «Məni çağırdılar, gələn kimi birinci mərtəbədə yaxşıca əzişdirdilər. Sonra yuxarı mərtəbəyə qaldırıb kağıza qol çəkdirdilər. Özüm isə orada yazılanları bir ay sonra oxudum».

Təqsirləndirilən A.Baxışov deyir ki, uzun müddət Sankt-Peterburqda işləyib. Dostu Fərid ona «HH» adlı yardım təşkilatında işləyib insanlara kömək göstərməyi təklif edib: «Qayıdanda məni sərhəddə tutdular. Fəridlə mən qaçqınlara kömək etmək üçün Suriyaya getmişdik, ay yarım qaldıq. Orada - sərhəddə on minlərlə insan var idi. Heç bir silahlı qruplaşmada iştirak etməmişəm. Ancaq xeyriyyə məqsədilə ora getmişəm. Həftədə iki dəfə Skype vasitəsilə anamla əlaqə saxlayırdım».

Rusdilli olan A.Baxışov deyir ki, Azərbaycan dilini həbsindən sonra DTX-da kamerada öyrənib.

İŞİD-ə qoşulmaqda suçlananların məhkəməsi sentyabrın 18-də davam edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG