Keçid linkləri

2026, 27 Avqust, cümə axşamı, Bakı vaxtı 03:13

Suriyada hava zərbəsindən daha bir iranlı komandanın öldüyü xəbər verilir

İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Rza Zareyi
İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Rza Zareyi

Suriyada hava zərbəsi nəticəsində həlak olmuş üç nəfərin arasında İran komandirlərindən birinin də olduğu xəbər verilib.

İran dövlət mediasında martın 1-də yayımlanmış xəbərdə zərbənin İsrail tərəfindən endirildiyindən şübhə ifadə olunub.

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) donanmasının “hərbi müşaviri” kimi təqdim olunan Rza Zareyi Suriyanın sahil şəhəri Banyasa endirilmiş hava zərbələri zamanı həlak olub.

Onun İİKK donamasının zabitlərindən biri olduğu bildirilir.

Bundan əvvəl Londonda mənzillənmiş Suriya İnsan Haqları Müşahidə qrupu bildirmişdi ki, səhərin sübh saatlarında endirilən zərbə iranlının yaşadığı villanı hədəfləyib. Villada Zareyidən başqa suriyalı olmayan başqa iki nəfərin də həlak olduğu xəbər verilib.

İİKK komandanlarından birinin həlak olması barədə xəbərə hələ ki reaksiya verməyib. Tehran Suriyadakı İran qoşunlarını “hərbi müşavirlər” adlandırır.

Qəzza müharibəsindən qaynaqlanan hücumlar

Ötən oktyabrda Qəzza zolağında müharibə başlanandan bəri İsrail tərəfindən həyata keçirildiyi düşünülən hava zərbələri ilə Fatemiyun briqadasının bir əfqan döyüşçüsü də daxil Suriya və Livanda İİKK-nin azı 11 üzvü məhv edilib.

İsrail ABŞ və Aİ-də terrorçu təşkilat kimi tanınan HƏMAS-ın onun ərazisinə basqınına cavab olaraq Qəzza zolağı üzərinə hücuma başlayıb.

HƏMAS-ın hücumu nəticəsində İsrail ərazisində əksəriyyəti mülkilər olan 1200 nəfər həlak olmuşdu. Daha 250 nəfərin girov götürüldüyü xəbər verilirdi.

İran HƏMAS-ın hücumunu dəstəkləsə də, bu basqınla hər hansı bağlılığını inkar etmişdi.

ABŞ kəşfiyyatı da bildirirdi ki, İran liderləri HƏMAS-ın qəfil hücumundan təəccübləniblər.

Geniş silahlı şəbəkə

İranın regional müttəfiqləri İsrailin Qəzzaya hücumundan sonra Yaxın Şərqdəki ABŞ və İsrail maraqlarını hədəfləməyə başlayıblar.

Lakin bu qüvvələr ABŞ-ın cavab zərbələrindən sonra ötən ay hücumlarını səngidiblər.

İran Suriyadakı vətəndaş münaqişəsinə 2013-cü ildə, hakimiyyətdən devrilməkdə olan prezident Bəşər əl-Əsədin rejimini xilas etmək məqsədilə müdaxilə edib.

2015-ci ildə bu münaqişəyə eyni məqsədlə Rusiya da qoşulub.

İranın Suriya ərazisində əsasən əfqan və pakistanlılardan ibarət geniş silahlı şəbəkəsinin olduğu bildirilir.

Yüzlərlə İİKK komandir və zabiti bu qüvvələrə rəhbərlik edir.

XS
SM
MD
LG