Birləşmiş Ştatlar hərbi əməliyyatla Suriyada “İslam Dövləti” (digər adı- İŞİD) qruplaşmasının aparıcı liderini qətlə yetirib. Bu haqda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) aprelin 4-də məlumat yayıb. Bu qruplaşma vaxtı ilə Yaxın Şərqi qorxu altında saxlayırdı.
Xalid Ayd Əhməd əl-Caburi qruplaşmanın Avropada hücumlarının ölanlaşdırılmasına cavabdeh idi, qrup üçün liderlik strukturunu yaradıb, bəyanatda deyilir.
Təhdid qalır
“İslam Dövləti” 2014-cü ildə hakimiyyətinin pis dövründə İraqda və Suriyada böyük ərazilər ələ keçirib, ancaq sonradan hər iki ölkədə məğlub edilib. Hazırda bu qruplaşmanın Suriya və İraqda 5 mindən 7 minədək üzvü olduğunu, onların təxminən yarısının döyüşçülər olduğu bildirilir. Bunu BMT fevralda yaydığı hesabatda deyirdi.
CENTCOM zərbə zamanı heç bir dinc sakinin öldürülmədiyini, yaxud yaralanmadığını bildirir. Eyni zamanda qruplaşmanın “regionda və kənarda təhdid yaratmağa davam etdiyi” vurğulanır.
Əl-Caburinin ölümü “qrupun xaricdə hücumlar planlaşdırmaq qabiliyyətini müvəqqəti də olsa pozur”.
BMT sözügedən hesabatında qeyd edirdi ki, İslam Dövləti və qanadları 2022-ci ilin ikinci yarısında beynəlxalq sülhə və təhlükəsizliyə böyük təhdid yaradıb, mövcud olduğu münaqişə zonalarında və ətrafında böyüyüb.
“İslam Dövləti” ötən ilin sonunda daha öncə tanınmayan Əbu əl-Hüseyn əl-Hüseyni əl-Qüreyşini lideri elan edib. Ondan qabaqkı lider Suriyanın cənubunda öldürülmüşdü.