Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

ABŞ Suriyaya hava zərbələrini 'istisna etmir'


ABŞ Dövlət Departamenti bildirib ki, Suriyada qiyamçıların nəzarətində olan Duma şəhərinə iddia edilən kimyəvi hücum qurbanlarının simptomları bu hücumda əsəb-sinir sisteminə təsir edən “boğucu kimyəvi maddədən” istifadə edildiyini göstərir.

Departamentin aprelin 9-da yaydlığı bəyanatda deyilir ki, sözü gedən kimyəvi maddənin dəqiq növünü təyin etmək mümkün olmayıb, çünki Suirya rejimi və onun müttəfiqləri Rusiya və İran beynəlxalq monitorların bölgəyə girişinə mane olurlar.

Departament əlavə edib ki, Vaşinqton bu hücuma müvafiq reaksiyanı müttəfiqləri ilə müzakirə edir və “bu qəbuledilməz hücumun ciddi nəticələri olacaqdır”.

ABŞ prezidenti Donald Trump deyib ki, o sözü gedən hadisə ilə əlaqədar mövqeyini 24-48 saat ərzində bildirəcək.

Trump deyib ki, “ola bilsin” bu hücum üçin məsuliyyəti Vladimir Putin daşıyır.

O əlavə edib ki, “bu belədirsə o buna görə çox bahalı bədəl ödəyəcək…”

Ağ Evdə çıxış edən Trump deyib ki, “istər Rusiya olsun, istər Suriya, istər İran, istərsə də onların hamısı, biz bunu tezliklə aydınlaşdıracağıq…”

ABŞ-ın müdafiə naziri Jim Mattis aprelin 9-da deyib ki, Birləşmiş Ştatlar 40 nəfərin ölümü ilə nəticələnmiş iddia olunan qaz hücumuna hava zərbələri ilə cavab verilməsini istisna etmir.

Trump-ın hərbiyyə ilə keçirdiyi müşavirədə yeni milli təhlükəsizlik müşaviri John Bolton da iştirak edirdi. O əvvəllər Suriyaya hava zərbələri endirilməsinə tərəfdar olub.

***

Suriyayla müttəfiqi Rusiya bildiriblər ki, T4 kimi tanınan Tayfur bazasına zərbəni İsrail hərbi təyyarələri endirib.

Daha öncə də Suriyada hədəfləri vurmuş İsrailsə məsələyə, hələlik, münasibət bildirməyib.

14 NƏFƏR HƏLAK OLUB

SANA agentliyi itki sayı açıqlamayıb. Ancaq Britaniyada mənzillənən Suriyada İnsan Haqlarını Müdafiə Təşkilatı hücum zamanı azı 14 hökumətyönlü döyüşçü həlak olub, onların içində müttəfiq İran yaraqlıları da var.

Aprelin 7-də Dumaya iddia olunan xlor qazı hücumunda isə azı 40 nəfərin həlak olduğu xəbər verilir.

Aprelin 9-da ABŞ prezidenti Donald Trump ordunun aparıcı rəsmiləriylə görüşəcək. Elə bu gün milli təhlükəsizlik müşaviri John Bolton da vəzifəsinin icrasına başlayır. Bolton daha öncə Suriyaya hava zərbələrinə dəstəyini bildirmişdi.

Rusiya xəbər agentlikləri ölkənin Müdafiə Nazirliyinə istinadla yazırlar ki, aprelin 9-da İsrailin iki F-15 hərbi təyyarəsi Livaın hava məanından zərbələr gerçəkləşdirib.

Məlumata görə, Suriyanın havadan müdafiə sistemləri beş, yaxud səkkiz raketi vurublar, amma Rusiya hərbi müşavirlərindən xəsarət alan olmayıb.

Suriya qüvvələri və müttəfiqlərinin şərqi Qutaya bir neçə həftə çəkən hücumları nəticəsində 1600-dən çox dinc sakin həlak olub, minlərlə yaralı var. Moskvayla Tehran Suriya prezidenti Bashar-al-Assad-ı dəstəkləyir.

***

Suriya dövlət mediası ölkənin mərkəzindəki hərbi aerodroma “raket” zərbələri endirildiyini, bir neçə nəfərin öldürüldüyünü və yaralandığını xəbər verir. Ancaq ABŞ qüvvələri Suriyanı raket zərbəsiylə vurmadığını bildirir.

SANA dövlət xəbər agentliyi aprelin 9-da yazıb ki, Homs şəhəri yaxınlığındakı hərbi aerodrom aprelin 9-da səhər saatlarında vurulub. SANA Tayfur bazasına hücumun ABŞ tərəfdən endirilməsinə dair şübhələrin olduğunu yazsa da, sonradan xəbərdən Birləşmiş Ştatların adı çıxarılıb.

Pentaqon bəyanat yayaraq “hal-hazırda Müdafiə Departamentinin Suriyaya hava zərbələri həyata keçirmədiyini” bildirib.

Ancaq durumu yaxından izləyir, Suriyada kimyəvi silahdan istifadə edənlərin məsuliyyətə cəlb etməsini hədəfləyən diplomatik səyləri dəstəkləyirik”, – bəyanatda deyilir.

Suriya mediası səkkiz raketin vurulduğunu iddia edib.

Bu arada ABŞ prezidenti Donald Trump fransalı həmkarı Emmanuel Macron-la birlikdə Suriyanın Duma şəhərində onlarla adamın ölümünə səbəb olmuş şübhəli kimyəvi silah hücumuna “birlikdə güclü reaksiya” veriləcəyini bildirib.

Suriya kimyəvi silah hücumlarını rədd edir.

XS
SM
MD
LG