Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:10

ABŞ Suriya üçün yardım fondunu dayandırır, amma bu ölkəni tərk etmir


Dövlət Departamentinin sözçüsü Heather Nauert (sağda) və dövlət katibi Mike Pompeo
Dövlət Departamentinin sözçüsü Heather Nauert (sağda) və dövlət katibi Mike Pompeo

Birləşmiş Ştatlar bildirir ki, Suriyanın sabitləşdirilməsi layihələri üçün ayrılmış 230 milyon dollar yardım fondunu ləğv edir.

Vaşinqton deyib ki, İslam Dövləti adlı eksrtremist təşkilatdan azad olunmuş ərazilərin bərpa edilməsi üçün yardım etməyi öz üzərinə ABŞ koalisiyasının başqa partnyorlar götürüblər.

Dövlət Departamentinin sözçüsü xanım Heather Nauert avqustun 17-də deyib ki, koalisya partnyorları Suriya üçün 300 milyon dollarlıq yardım vəd etdikdən sonra, dövlət katibi Mike Pompeo ayrılmış vəsaitin “saxlanması” barədə sərəncam verib.

Nauert deyib ki, “koalisya partnyorlarının hərbi və maliyyə yardımları əhəmiyyətli olub və Birləşmiş Ştatlar da indiyədək bu ölkəyə xeyli yardım göstərib”.

Nauert bildirib ki, Suriyanın sabitləşdirilməsi fonduna Səudiyyə 100 milyon, Birləşmiş Ərəb Əmirlikləri isə 50 milyon dollar köçürüb.

Sözçü əlavə edib ki, 230 milyon dolların verilməməsi Birləşmiş Ştatların Suriyadakı strateji məqsədlərindən əl çəkməsi kimi qiymətləndirilməməlidir.

Prezident Donald Trump Suriya üçün nəzərdə tutulmuş fondu ötən martda “dondurmuş”, bundan sonra Dövlət Departamenti Vaşinqtonun Suriya münaqişəsindəki rolunu yenidən qiymətləndirmişdi.

Nauert xatırladıb ki, Trump “bizim Suriyada İŞİD-in tam məğlubiyyətinədək qalmaq əzmimizi ifadə edib və biz əksinə diqqətimizi Suriyadan İran və onun təmsilçilərinə aid qüvvələrin çıxarılmasına yönəltmişik”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG