Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 14:38

Türkiyədə Suriyaya zərbələrə hazırlıq gedir


►Səudiyyə Ərəbistanı ilə birgə hərbi-hava təlimlərinə başlanıb

"Interfax" xəbər verir ki, Türkiyə və Səudiyyə Ərəbistanının hərbi hava qüvvələri bazar ertəsi birgə təlimlərə başlayıb.

Türkiyənin mərkəzi hissəsində yerləşən Konya əyaləti üzərində keçirilən təlimlər beş gün davam edəcək. Təlimlərdə Səudiyyə Ərəbistanının F-15 tipli altı təyyarəsi iştirak edir.

Bir müddət əvvəl KİV-lər Türkiyənin İncirlik hava bazasına Səudiyyə Ərəbistanının 20 döyüş təyyarəsinin daxil olduğu barədə xəbər yaymışdı.

Ərəbistanlı briqada generalı Ahmad al-Asiri bəyan edib ki, təyyarələr tezliklə Suriyada "İslam dövlətinə" (İD) qarşı əməliyyatlarda iştirak edəcək.

Bazar ertəsi Suriyanın Rusiyadakı səfiri Riyad Haddad bildirib ki, Səudiyyə Ərəbistanı və digər ölkələrin Suriyada quru əməliyyatlarına başlamaq istədikləri barədə gündəlik bəyanatları əslində "onların terrorizmi xilas etmək üçün Suriya işlərinə qarışmaq istədiklərindən" xəbər verir.

___________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Səfir əlavə edib ki, Səudiyyə Ərəbistanının Suriyada yerüstü əməliyyata başlayacağı təqdirdə Dəməşq öz suverenliyini müdafiə edəcək.

Hazırda Əsəd rejiminin tərəfində İran hərbi müşavirləri çalışır. Eləcə də Rusiya hərbi təyyarələri həm terrorçulara, həm də hakim rejimə qarşı müxalifətdə olan qüvvələrə zərbələr endirir.

Minlərlə suriyalı Yunanıstan torpaqlarında əbədi olaraq qalacaq
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

XS
SM
MD
LG