Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:24

Suriyada rusiyalı muzdlular necə həlak oldular


Suriyada rusiyalı muzdlu
Suriyada rusiyalı muzdlu

Rusiya vətəndaşlarının Suriyadakı əməliyyatda ölməsi artıq iki həftədən çoxdur ki, dünya mətbuatında geniş müzakirə olunur. Söhbət «Vaqner» özəl hərbi şirkəti kimi tanınan qrupun tərkibində döyüşən rusiyalıların Suriyanın Deyr-əz-Zor şəhəri yaxınlığında, Fərat çayının şərq sahilində «Suriya demokratik qüvvələri»nin mövqelərinə uğursuz hücum zamanı həlak olmasından gedir.

Ölənlərin sayı müxtəlif mənbələrdə fərqli göstərilir. Bəzi mənbələr onlarla, bəziləri isə yüzlərlə rusiyalının öldüyünü yazır. Rəsmi Rusiya, əvvəlki kimi, öz vətəndaşlarının ölümünü etiraf etmir. Yalnız XİN sözçüsü Mariya Zaxarovanın bəyanatında beş əsgərin mümkün ölümündən ötəri söz açılır.

550 nəfərdən 200-ü sağ çıxıb

AzadlıqRadiosunun rus redaksiyasının müxbiri xəstəxanada «Vaqner» qrupunun yaralı döyüşçülərini yoluxmağa gələn bir kazakla görüşərək, ona fevralın 7-də baş verənlər, xəstələrin harada və hansı pula müalicə olunduğu, döyüşçülərin Donbasdan Suriyaya necə düşməsi haqda suallar verib.

«Xovrino» kazak cəmiyyətinin atamanı Yevgeni Şabayev deyir ki, Suriyadakı döyüşlərdən yaralı qayıtmış dostu ona baş verənlər haqda dəhşətli əhvalat danışıb. O, xəstəxanada dostunu ziyarət edərkən Der-əz-Zor yaxınlığında yaralanmış səkkiz hərbçi ilə görüşüb.

«Bizim vaqnerçilər, daha doğrusu, onun 5-ci və 2-ci şöbələri aviasiya atəşi altına düşüb. Orada dronlar da işləyirmiş, ancaq o bunu təsdiqləyə bilmir, çünki gecə imiş. Sonradan helikopterlər təmizləmə aparıb. 550 nəfər gecə vaxtı səhrada atəş altına düşəndə çoxu sağ çıxmır. O deyir ki, 200-dək adam sağ və zədəsiz çıxıb. Qalanların nə vəziyyətdə olduğunu deyə bilmir. Ancaq orada sağ qalmaq çox çətinmiş. Səbəbsə sadədir: onları helikopter müşayiət etməyib, evakuasiyası olunmayıblar, çünki «Vaqner» dəstəsinin helikopterləri yoxdur. Elə bunları nəzərə alıb ölənlər haqda nəticə çıxarmaq olar. Jirinovski iddia edir ki, 300-dən çox adam ölüb, Viktor Alksnis deyir, 334 nəfər olub. Hesab edirəm ki, onların dedikləri həqiqətə yaxındır. Məndə müxtəlif mənbələrdən və müxtəlif regionlardan alınmış məlumatlar var», – o deyir.

Həyat yoldaşını Suriyada itirən qadının dedikləri
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

«Onları xəstəxanadan çıxarıb ata bilərlər»

Atamanın sözlərinə görə, Suriyada Donbasdan gəlmiş «Vesna» batalyonu adlı başqa bir hərbi dəstə də vuruşur. Bu dəstə də ÇVK (özəl hərbi şirkət) aparatına daxildir, lakin onun döyüşçüləri vaqnerçilərdən xeyli az məvacib alırlar.

«Onlar da yetərincə hava müqaviməti ilə üzləşiblər. Səhrada yaralıları evakuasiya etmək çox çətindir, burası Əfqanıstan, yaxud Çeçenistan deyil. Buna görə də, onların dəqiq nə vaxt evakuasiya olunduğunu bilmirəm. Ancaq onları Rusiyaya fevralın 11-12-də gətirməyə başlayıblar, hava zərbəsi isə ayın 7-dən 8-ə keçən gecə olub», – o deyir.

Ataman ehtimal edir ki, yaralılar Müdafiə Nazirliyinə məxsus təyyarələrlə daşınıb, çünki ərazidə başqa təyyarələr olmayıb.

«Çox ağır yaralılar var, onları daşımaq mümkün deyil. Onları daşıyıb gətirmək bizim tibb işçilərinin böyük qəhrəmanlığıdır... Çox sadə səbəbə görə ad çəkmirik: onları xəstəxanadan çıxarıb ata bilərlər. Çünki bu, Müdafiə Nazirliyinin hospitalıdır. Rusiyada isə istənilən ÇVK qanunla qadağandır. Ad çəkməməyimin bir səbəbi də odur ki, onları Müdafiə Nazirliyinin hospitalından qovanda mülki həkimlərin yanına getməli olurlar. Onlarsa, tibb bacılarına qədər hər biri, odlu silahdan yaralanma halı barədə polisə və prokurorluğa məlumat verməlidirlər. Nəticədə cinayət işi açılacaq və insanlar həbsxanada yatacaqlar», – ataman Yevgeni Şabayev deyir.

Suriyaya muzdlu kimi niyə gedirlər

Rusiya Cinayət Məcəlləsinə görə, muzdlu kimi döyüşlərə qatılmağa görə 15 ilədək həbs cəzası düşür. Ancaq bu insanlar bunu bilə-bilə Suriyaya gedirlər.

Ataman bunun səbəbini belə izah edir: «Burada (Rusiyada) onların güzəranı yoxdur. Nə işləri, nə də sosial, iqtisadi statusları var. Nə müəyyən təcrübəsi olan hərbçi kimi, nə də adi vətəndaş kimi. Onlar oraya Yevgeni Priqojinin (Putinin aşpazı) neft borusunu qorumaq üçün kontraktor kimi gediblər. Onlar Palmira yaxınlığındakı həmin o «müqəddəs» neft sahələrini qoruyurdular. Onlara növbəti «sahibsiz» sahəni ələ keçirmək əmri verilib. Sonra da bəlli olub ki, bu sahələr başqa bir biznes şirkətinin nəzarəti altındadır, özü də bu şirkət öz müştərilərini çox ciddi qoruyur. Bu, özəl Amerika şirkətidir. Ancaq Amerikanın özəl şirkətləri nəylə seçilir? Onların özəl hərbi şirkətlər haqda qanunu var. İctimai reqlament, məsuliyyət var. Özəl hərbi şirkətin hər bir döyüşçüsü ABŞ ordusunun döyüşçüsüdür və onlar onu qoruyurlar. Bizimkilərsə hüquqsuz ət parçasıdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG