Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:07

Suriya müxalifəti Rusiyanın 'Qərbsiz' keçirəcəyi konfransa qatılmayacaq


Rusiyanın baş Suriya danışıqçısı Aleksandr Lavrentyev
Rusiyanın baş Suriya danışıqçısı Aleksandr Lavrentyev

Suriyanın Qərb tərəfindən dəstəklənən əsas müxalifəti - Suriya Milli Koalisiyası (SMK) Rusiyanın Suriya qruplarının konfransını keçirmək təşəbbüünə qarşı çıxdığını bildirib. SMK-nın bəyanatında deyilir ki, bu konfransın keçirilməsindən məqsəd Suriyada hakimiyyətin siyasi keçidinin təşkilinə çalışan Cenevrə sülh danışıqlarına əngəl törətməkdir.

Türkiyə və İran oktyabrın 31-də, Suriya hökuməti ilə onun müxalifəti arasında gələn ay Soçidıə danışıqlara başlanmasına dair Rusiyanın təklifini qəbul ediblər.

Konfransın təşkili oktybarın 30-31-də Qazaxıstanın Astana şəhərində keçirilən danışıqların əldə etdiyi ən əhəmiyyətli nəticə olub.

SMK-nın sözçüsü Ahmad Ramadan Reuters agentliyinə deyib ki, müxalifət Suriya hökuməti nümayəndələri ilə Cenevrə danışıqlarının çərçivəsindən kənarda heç bir müzakirəyə girməyəcək.

Astana danışıqları BMT tərəfindən aparılan Cenevrə danışıqlarına paralel proses kimi qəbul edilir. Bu danışıqlarda da irəliləyişə nail olmaq mümkün olmayıb.

Sözçü deyib ki, Rusiyanın Soçidə danışıqlar keçirimək təklifi Cenevrə prosesinin və Suriyada BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun siyasi keçidə nail olmaq niyyətlərinin əngəllənməsinə yönəlib.

Suriya hökumətinin əsas dəstəkçiləri olan Rysusiya və İran, habelə Suriyada qiyamçı qruplaşmaları dəstəkləyən Türkiyə noyabtın 18-də Soçidə Qərb nümayəndələrinin iştirakı olmadan Suriya hökumət və müxalifəti arasında keçiriləcək ilk üzbəüz danışıqları dəstəklədiklərini bildiriblər.

Rusiyanın Xarici İşlər Nazirliyi “Suriya Milli Dialoq Konfransı” adlanan danışıqlara 33 Suriya təşkilatının dəvət edildiyini bildirib.

Rusiya Suriya prezidenti Bashar al-Assadın hakimiyyətinin qorunub saxlanmasına çalışır və ona müxalif olan qruplaşmaları Soçi konfransına cəlb etməyə ümid bəsləyir.

Rusiyanın bu prosesdəki əsas danışıqçısı Aleksandr Lavrentyev bütün qruplaşmaları bu görüşdə heç bir şərt qoymadan iştirak etməyə çağırıb.

Moskva bildirir ki, o Suriyada demokratik və dünyəvi dövlətin bərqərar edilməsini istəyir.

Lavrentyev deyib ki, “bu prinsipləri qəbul etməyənlər təbii olaraq bu danışıqlara çağırılmayacaq, amma bu halda onlar siyasi prosesdən kənarda qala bilərlər”.

Lavrentyev ümid etdiyini bildirib ki, BMT-nin Suriya elçisi Staffan de Mistura Soçi danışıqlarında iştirak edəcək. Cənab de Mistura hələlik bu dəvətə münasibət bildirməyib.

Belə görünür ki, Rusiya Soçi danışıqlarına beynəlxalq görüntü verməyə çalışır.

Suriyanın BMT-dəki səfiri Bashar al-Jafari deyib ki, onun hökuməti bu danışıqlarda iştiraka hazırdır.

Bununla belə Suriya müxalifətinin Astana danışıqlarına qatılmış nümayəındələri Soçi danışıqlarından narahatlıq ifadə ediblər.

Suriya müxalifətinin sözçüsü Yehya al-Aridi deyib ki, təklif edilən konfrans narahatlıq doğurur və onda kimin iştirak edəcəyi bəlli deyil.

Aridi narahatdır ki, konfrans sonradan Suriyada milli barışığın “qondarma” sübutu kimi təqdim oluna bilər. Onun fikrincə bu, həm suriyalıları, həm də xarici ölkələri çaşqın vəziyyətə salardı.

Qiyamçıların başqa bir nümayəndəsi Yasser Abdelrahim deyib: “Biz Rusiyaya dedik ki, əvvəlcə bizim uşaqlarımızın öldürülməsini dayandırın”. O oktyabrın 31-də Astanada keçirilən danışıqlarda öldürülmüş qiyamçı uşaqlarının fotolarını nümayiş etdirmişdi.

Kürd qruplaşmaları konfrans ideyasına müsbət yanaşdıqlarını, lakin bu məsələni öyrənməkdə olduqlarını bildiriblər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Astana danışıqları kimi, Soçi konfransı da Cenevə danışıqlarını dalandan çıxarmaq məqsədini güdür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG