Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Suriyada vəziyyət gərgin olaraq qalır


Suriyadan gələn fotolar şərqi Qutada bombardmanın davam etdiyini göstərir
Suriyadan gələn fotolar şərqi Qutada bombardmanın davam etdiyini göstərir

Suriyadan alınan xəbərlərə görə Rusiyanın elan etdiyi beş saatlıq atəşkəs bitdikdən sonra qiyamçıların nəzarətində olan Quta regionu havadan və toplardan atəşə tutulub.

Britaniyada mənzillənmiş Suriya İnsan Haqları Müşahidə qrupunun fevralın 27-də verdiyi məlumatda deyilir ki, Dəməşqin ətrafında ötən gecə nisbi sakitlik hökm sürüb.

Lakin bunun ardınca Rusiya tərəfindən elan edilmiş “humanitar fasilə” ərzində bir neçə şəhərə aviasiya zərbələri endirilib. Suriya hərbiyyəsi bu xəbərləri təkzib edir.

Bu arada Rusiya hərbiyyəsi və Suriyanın dövlət mediası bəyan ediblər ki, evakuasiya üçün açıq qoyulmuş dəhliz qumbaraatanlardan atəşə tutulub.

Rusiya generalı Viktor Pankov deyib ki, “elə bu saat qiyamçılar tərəfindən atəş açılıb və heç bir mülki ərazini tərk edə bilmir”.

General-mayor Yuri Yevtuşenko Qutadakı qiyamçıları dinc əhalini girov saxlamaqda ittiham edib.

Qutadakı qiyamçı dəstəsi mülkilərin evakuasiyasına mane olduğu barədə xəbərləri təkzib edir. Qiyamçılar evakuasiya dəhlizini atəşə tutmadıqlarını bildirirlər.

Necə olursa, olsun BMT-nin Humanitar Yardımı Koordinasiya Ofisinin sözçüsü Jens Laerke deyib ki, hazırkı situasiya yardım karvanlarının keçməsini və evakuasiyanı mümkünsüz edir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu fevralın 26-da bəyan etmişdi ki, Vladimir Putin şərqi Qutadan yaralıların və xəstələrin çıxarılması üçün hər gün səhər saat 9-dan gündüz 2-dək “humanitar fasilə” elan edib. Putin habelə dinc əhalinin çıxışı üçün “humanitar dəhlizin” yaradılmasına göstəriş verib.

Hazırda Dəməşq yaxınlığındakı şərqi Qutada 393 minlik əhalinin ilişib qaldığı xəbər verilir.

Lakin ABŞ Dövlət Departamentinin sözçüsü, xanım Heather Nauert Tvitterdə yazır ki, “Suriya rejimi və onun Rusiya və İran havadarları şərqi Quta üzərinə hücumları davam etdirir, yüz minlərlə mülkini hava, artilleriya, raket və quru zərbələrinə məruz qoyurlar”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, bu barədə video və fotoların yayılmasına baxmayaraq, Dəməşqin ətraflarına kimyəvi silahla hücum barədə məlumatlar saxtadır.

Britaniyanın BMT-dəki səfirinin müavini Jonathan Allen deyib ki, Rusiya Suriyada “oyun oynayır”. O bildirib ki, Rusiyanın fasilə elan etməsi göstərir ki, Moskva öz işinə yarayanda atəşkəsi tətbiq edə bilir.

Səfir bildirib ki, “beş saatlıq atəşkəsi tətbiq edən 24 saatlığı da bacarar...”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG