Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Rusiya Assad-ın yenidən prezident seçilməməsinə səbəb görmür


Suriya danışıqların Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev
Suriya danışıqların Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev

Rusiyanın Suriya sülh prosesi üzrə səfiri deyib ki, prezident Bashar al-Assad-a yenidən seçilmək imkanı verilməlidir. Bu, Qərbin tutduğu mövqeyə tamamilə zidd bəyanatdır. Qərb hökumətləri bildirirlər ki, müharibədən sonrakı Suriyanın siyasi keçid prosesində Assad-a yer olmamalıdır.

Suriya danışıqlarında prezident Vladimir Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin bu şərhidekabrın 12-də, Rusiya prezidentinin Suriyada Assad-la görüşündən bir gün sonraBloomberg News saytında dərc olunmuş məqaləyə daxil edilib.

Putin bu səfər zamanı Rusiya qoşunlarının qismən Suriyadan çıxarılmasına başlanacağına dair bəyanat verib.

Lavrentyevin bu bəyanatı Assad-ın gedişindən sonra Suriyanın yenidən qurulmasına dəstək vermək istəyən Qərb hökumətlərinin ortya qoyduqları şərtə ziddir. Qərb diplomatlarının fikrincə, Rusiya Suriyadakı siyasi keçidin elə olmasını istəyir ki, Moskvanın buradakı mövqeyi mümkün qədər möhkəm qalsın.

LavrentyevAssad-ın daha bir müddət üçün prezidentliyə namizədlik verməsi imkanı barədə Bloomberg-ə Ankarada verdiyi müsahibədə belə deyib: “Mən elə bir səbəb görmürəm ki, o daha bir prezident müddəti üçün namizədliyini verməsin və ya verməməli olsun. Bu sırf onun özünə aid bir məsələdir”.

Lavrentyev Bloomberg-ə bildirib ki, Qərb yenidənqurma üçün pulu yalnız müxalifət hakimiyyətə gəlsə və ya onun maraqları təmin olunsa verəcəyi barədə şərt qoymamalıdır.

Səfir deyib ki, “burda söhbət təkcə ABŞ, Fransa və ya Böyük Britaniyadan yox, həm də Rusiyadan, İrandan, Çindən, Hindistandan və bir çox başqa ölkələrdən gedir”.

Rusiya 2018-ci ilin əvvəllərində Soçi şəhərində Suriya hökuməti və müxalifəti nümayəndələrinin iştirakı ilə siyasi keçidin formatını müzakirə edəcək konfrans keçirməyi planlaşdırır. Bu konfransda həm də BMT-nin egidası altında keçirilən Cenevrə danışıqlarında qəbul edilmiş konstitusiya layihəsi də müzakirə olunmalıdır.

Bloomberg adlarını çəkmədiyi ABŞ rəsmilərinə istinadən yazır ki, belə görünür, Rusiya Assad-ı hakimiyyətdə saxlamaq şərtilə yenidənqurmanın pulunu başqalarına ödətmək istəyir.

Məqalədə yenə də ABŞ rəsmilərinə istinadən bildirilir ki, Birləşmiş Ştatlar və Avropa müttəfiqləri arasında əldə olunmuş razılığa əsasən Suriiya hökumətinin nəzarətində olunan ərazilərə beynəlxalq maliyyə verilməyəcək.

2015-ci ildə BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş qətnamədə deyilir ki, Suriyada prezident seçkiləri beynəlxalq nəzarət altında və keçid hökumətinin təşkilindən sonra ilk 12 ay ərzində keçirilməlidir.

Birləşmiş Ştatlar, Avropa İttifaqı və Körfəz Əməkdaşlığı Şurası 2014-cü il Suriya prezident seçkisinin nəticələrini qəbul etmir. Bu seçkidə Assad 89 faiz səslə daha 7 il müddətinə prezident seçilib.

Assad hakimiyyətinin yıxılmağa çox yaxın olduğu bir vaxtda ona hərbi dəstək verərək qüvvələr balansını Dəməşqin xeyrinə dəyişmiş Rusiya, indi də Assad rejiminə diplomatik dəstək verir.

Rusiya özünün Təhlükəsizlik Şurasındakı veto hüququndan istifadə edərək 400 min suriyalının məhvi ilə nəticələnmiş müharibəyə görə Assad-ın cəzalandırılmasına yol verməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG