Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:11

Rusiya, Türkiyə və İran ‘Suriya hökuməti ilə müxalifətinin konfransı’ barədə razılığa gəliblər


Rusiya, İran və Türkiyə prezidentləri noyabrın 22-də Suriya münaqişəsinə dair yekun bəyənatla çıxış ediblər
Rusiya, İran və Türkiyə prezidentləri noyabrın 22-də Suriya münaqişəsinə dair yekun bəyənatla çıxış ediblər

Noyabrın 22-də Rusiya, İran və Türkiyə Suriyadakı 6 illik müharibəyə son qoyulması məqsədilə “konfransın” keçirilməsi barədə razılığa gəliblər. Bu konfransda Suriya hökuməti və müxalifəti nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Putin bu barədə bəyanatı Rusiyanın kurort şəhəri Soçidə Türkiyə və İran prezidentləri Recep Tayyip Erdoğan və Həsən Rohani ilə üçtərəfli danışqlardan sonra verib.

Üç liderin birgə bəyanatını səsləndirən Rusiya prezidenti deyib ki, “İran və Türkiyə prezidentləri Suriya Milli Konqresinin təşkil edilməsi barədə təşəbbüsü dəstəkləyiblər”.

Noyabrın 22-də Soçidə üçtərəfli Rusiya-İran-Türkiyə görüşü keçirilib
Noyabrın 22-də Soçidə üçtərəfli Rusiya-İran-Türkiyə görüşü keçirilib

Putin deyib: “Biz bu çox mühüm tədbirləri müvafiq səviyyədə keçirmək və burada Suriya cəmiyyəti nümayəndələrinin geniş iştirakını təmin etmək barədə razılığa gəlmişik”.

Putin bildirib ki, liderlər diplomatlara, təhlükəsizlik və müdafiə rəsmilərinə Soçidə keçiriləcək konfransın tərkibi və tarixi üzərində işləmək tapşırığı veriblər.

Rusiya prezidenti bildirib ki, əldə olunmuş üçtərəfli razılaşmaya əsasən Suriyanın müxtəlif siyasi partiyaları, daxili və xarici müxalifət üzvləri, etnik və dini qrupların təmsilçiləri danışıqlar masası arxasına gətiriləcəklər.

AzadlıqRadiosu yazır ki, yeni konfransın artıq indiyədək Suriyaya dair aparılan iki paralael danışıqlar prosesindən necə fərqlənəcyinə aydınlıq gətirilməyib.

Suriyadakı qanlı vətəndaş müharibəsində 2011-ci ildən bəri 310 min insan həlak olub, 5 milyon suriyalı qaçqın düşüb.

Birləşmiş Millətlər Təşkilatı münaqişəyə siyasi həllin tapılması məqsədilə Cenevrədə sülh danışıqlarına rəhbərlik edir. Bununla eyni vaxtda Rusiya, İran və Türkiyə Qazaxıstanın paytaxtı Astanada Suriya münaqişəsinə dair bir neçə dövrədə danışıqlar aparıblar. Bu danışıqlarda əsasən yerdəki vəziyyət və atəşkəsin tətbiq edilməsi yolları müzakirə edilib.

Rusiya və İran Suriya münaqişəsində prezident Bashar al-Assad-ın rejimini dəstəkləyirlər. Türkiyə və Birləşmiş Ştatlar isə bu rejimə qarşı mübarizə aparan qiyamçı qrupların tərəfindədirlər. İslam Dövləti ekstremist təşkilatı da bu münaqişəyə qoşulub, lakin o bütün tərəflərə qarşı döyüşür.

Moskvanın bu münaqişəyə iki il əvvəl başlanmış müdaxiləsi müharibədəki qüvvələr balansını Assad-ın xeyrinə dəyişib. Rusiya onun hava kampaniyası zamanı yüzlərlə dinc sakinin həlak olmasına görə beynəlxalq tənqidlərlə üzləşib.

Rohani üçtərəfli danışıqları “çox faydalı” adlandırıb və deyib ki, Soçidə keçiriləcək Suriya Milli Dialoq konfransını tam dəstəkləyir.

Bundan əvvəl Erdoğan bəyan etmişdi ki, məsələnin siyasi həlli istiqamətində irəliləyişə nail olmaq çox mühümdür.

Bu danışıqlardan əvvəl Putin demişdi ki, hazırda Suriya münaqişəsinin həlli üçün “real imkan” yaranıb, lakin bu, münaqişənin bütün tərəflərindən, o cümlədən Moskvanın dəstəklədiyi Suriya hökumətindən kompromislər tələb edir.

Putinin Suriya hökuməti tərəfindən “güzəştlər” dedikdə nəyi nəzərdə tutduğu bəlli olamyıb.

Suriyaya dair indiyədək keçirilmiş bütün danışıqlarda Assad-ın hakimiyyətdən getmək istəməməsi əsas əngəl olub.

ABŞ və müxalifət qüvvələri bundan əvvəl Assad-ın gedişini ilkin şərt kimi irəli sürürdülər. Lakin həm keçmiş prezident Obama, həm də Trump sonradan bu tələbi bir qədər yumşaldıblar.

Bu arada Səudiyyə Ərəbistanının Əl-Ərəbiyyə telekanalınının noyabrın 22-də verdiyi məlumatda deyilir ki, Riyadda görüşən Suriya müxalifəti nümayəndələri istənilən danışıqlardan əvvəl Assad-ın istefasını tələb edən yekun bəyanatın layihəsini hazırlayıblar.

Bəzi müxalifət təmsilçiləri bəyanatdan Assada dair maddənin çıxarılmasını təklif edirlər ki, müəyyən irəliləyiş əldə oluna bilsin.

Səudiyyədə keçirilən görüşdən məqsəd noyabrın 28-də Cenevrədə keçiriləcək danışıqlardan əvvəl Suriya müxalifətinin vahid təmsilçiliyinin yaradılmasıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG