Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 09:15

Rusiya Suriyada kimyəvi hücuma dair hesabatı 'qərəzli' və 'şübhəli' adlandırıb


Aprelin 4-də Xan Şeyxunda baş vermiş hücumda 90 nəfər həlak olub

Rusiyanın Xarici İşlər Nazirliyi iyunun 30-da dünya kimyəvi silahlar gözətçisinin Suriyada ötən apreldə kimyəvi sarin qazı ilə hücuma dair hesabatının “şübhəli dəlillərə” əsaslandığını və siyasi baxımdan “qərəzli” olduğunu bildirib.

Aprelin 4-də Xan Şeyxun məntəqəsində baş vermiş hücumda 90 nəfər həlak olmuşdu. Bu hadisəyə cavab olaraq Vaşinqton Suriyanın hərbi hava bazalarından birinə raket zərbələri endirmişdi.

Rusiya bəyan edib ki, Kimyəvi Silahların Qadağanı Təşkilatının (Organization for the Prohibition of Chemical Weapons – OPCW) Xan Şeyxun incidentinə dair hesabatı “son dərəcə şübhəli dəlillərə” əsaslanır.

Rusiya XİN-in bəyanatında deyilir ki, OPCW-nin xüsusi missiyası tərəfindən tərtib edilmiş hesabat bu təşkilatın siyasi baxımdan qərəzli olduğunu göstərir.

Lakin Fransanın Xarici İşlər Nazirliyi iyunun 30-da hesabatdakı faktların “şübhə doğurmadığını”bildirmişdi.

Rusiya və onun müttəfiqi – Suriya prezidenti Bashar al-Assad onun qüvvələrinin Xan Şeyxunda kimyəvi silahdan istifadə etməsini təkzib edir.

Moskva və Dəməşq iddia edirlər ki, kimyəvi hücumu hökumət qüvvələrinə böhtan atmaq məqsədilə müxalifətin özü həyata keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG