Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 22:38

Putin: 'Rusiya Haaqa məhkəməsinə müraciət edəcək'


Russia -- Russian President Vladimir Putin gestures during a press conference with his Italian counterpart during their meeting at the Kremlin in Moscow, April 11, 2017

Rusiya prezidenti Vladimir Putin Suriyada mülki vətəndaşlara kimyəvi silahdan hücumun beynəlxalq səviyyədə araşdırılmasına çağırır.

O, bu barədə aprelin 11-də jurnalistlər qarşısında çıxış edib. Putin qəzəblə bildirib ki, ABŞ-ın Suriyaya raket zərbələrinə görə Haaqa məhməsinə müraciətə hazırlaşırlar:

"Biz inanırıq ki, bu kimi bütün hadisələr rəsmi şəkildə araşdırılmalıdır. Biz Haaqa Məhkəməsinə müraciət etməyi planlayırıq və global ictimaiyyəti bu hadisənin araşdırlmasına və balanslı qərar qəbul etməsinə çağırırıq".

O həmçinin bildirib ki, Rusiya kəşfiyyatı Suriya hökumətini günahlandırmaqdan ötrü kimyəvi silahdan hücumla bağlı "təxbirat" olub və bu araşdırılmalıdır.

RUSİYANIN KƏŞFİYYAT MƏLUMATLARI...

Aprelin 4-də Suriyada kimyəvi silahdan hücum olduğu bildirilir. Moskva və Dəməşq iddia edirlər ki, Xan Şeyxunda 70 nəfərin ölümünə səbəb olmuş zəhərli qaz hökumət qüvvələrinin qiyamçıların silah anbarına raket zərbələri nəticəsində ətrafa yayılıb.

ABŞ, eləcə də digər Qərb dövlətləri iddia edirlər ki, Suriyada onlarla mülki vətəndaşın ölümünə səbəb olan kimyəvi silahdan hücumu Assad rejimi edib.

Bu kimyəvi silah hücumuna cavab olaraq Birləşmiş Ştatlar aprelin 7-də Suriyanın Şayrat hərbi aerodromuna raket zərbələri endirib.

Putin deyib ki, ABŞ-ın Suriya paytaxtı Dəməşq yaxınlığında bəzi obyektlərə zərbələr endirmək planı haqda kəşfiyyat məlumatları var.

TİLLERSON MOSKVAYA YOLA DÜŞÜB...

ABŞ dövlət katibi Rex Tillerson aprelin 12-də Moskvada Rusiyanın xarici işlər naziri Lavrovla görüşü planlaşdırılır.

İtalyadan ayrılmadan öncə Tillerson jurnalistlərə deyib ki, Rusiya Suriyaya dəstək olmaqla Assad rejiminin kimyəvi silahdan istifadə etməsini təkarlayacaq. O, Rusiyanı Suriyada sülhün bəqərar olmasından ötrü ABŞ-a qoşulmağa çağırıb:

"Biz ümid edirik ki, Rusiya hökuməti özünü etibarı olmayan Assad rejimi ilə əməkdaşlıqda görməyəcək".

Putinin sözçüsü Tellirsonla Putinin görüşünün planlaşdırılmadığını deyib.
Bu həftə sonu Rusiya, İran və Suriyanın xarici işlər nazirləri Moskvada görüşləri planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG