Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:24

Suriyada iki jurnalist öldürülüb


Jurnalistləri Kafranbel kəndində dəfn ediblər
Jurnalistləri Kafranbel kəndində dəfn ediblər

Suriyanın İdlib qəzasında mövcud rejimin və islamçı ekstremizmin kəskin tənqidçisi olan iki jurnalist öldürülüb.

Radio Fresh özünün Facebook səhifəsində yazır ki, Raed Fares və Hammoud al-Juneid noyabrın 23-də Kəfr Nabel şəhərində qətlə yetiriliblər.

Suriya İnsan Haqları Müşahidə Qrupu bildirir ki, onlara yaxınlaşan avtofurqondan düşən silahlılar jurnalistləri yaxın məsafədən güüllələyiblər. Jurnalistlər az sonra aldıqları yaralardan ölüblər.

İdlib qəzası ərazisinin yarıdan çoxuna Əl-Qaedaya bağlı Həyat Təhrir əş-Şəm cihadçıları, qalan yerlərə isə türkiyəyönlü qiyamçılar nəzarət edirlər.

Bu ərazidə özünü İslam Dövləti adlandıran ekstremist qruplaşma da fəaldır.

İdlib qəzasında qətllər və adam oğurluğu tez-tez baş verir.

Müşahidə qrupunun rəhbəri Rami Abdel Rahman deyib ki, hər iki jurnalsit zorakılığa yol verən və dinc sakinləri həbs edən qiymaçıları tənqid edirdi:

"Hər ikisi bir neçə dəfə Həyat Təhrir əş-Şəm yaraqlıları tərəfindən tutulmuşdu”.

Fares Radio Fresh stansiyasını 2013-cü ildə İdlibdəki təməlçiliyə qarşı mübarizə üçün yaratmışdı.

O bundan əvvəl 2014-cü ildə ona qarşı sui-qəsddən salamat çıxmışdı. Onun radiostansiyası dəfələrlə yaraqlıların hücumlarına və Suriya rejiminin bombardmanlarına hədəf olub.

Radio Fresh Suriyanın şimalında ən son xəbərləri yaymaqla yanaşı, həm də gənc jurnalistlərin təlimi ilə məşğul olur.

İyun ayında The Washington Post qəzetində dərc olunmuş məqaləsində Fares yazırdı: "Əgər biz və başqa müstəqil səslər olmasaydı Suriyada yerli və beynəlxalq xəbərlərin əsas mənbəyi terrorçular olacaqdı. Ona görə də terrorçu qruplar bizə birbaşa hədə kimi baxır”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG