Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:33

Suriyanın İdlib əyalətindəki silahlı müxalifət Türkiyə ilə əməkdaşlıq edəcəyini bildirib


"Suriya Milli Azadlıq Cəbhəsi" qrupunun döyüşçüləri
"Suriya Milli Azadlıq Cəbhəsi" qrupunun döyüşçüləri

Suriyanın İdlib əyalətindəki silahlı müxalifət yerli sakinləri müharibədən qorumaq və Moskva ilə Türkiyə arasındakı razılaşmanı təmin etmək üçün Türkiyə ilə əmkdaşlıq edəcəyini bəyan edib.

Bu barədə Reuters agentliyi sentyabrın 23-də “Milli azadlıq cəbhəsi” qrupuna istinadla xəbər verir.

ABŞ-ın dəstəklədiyi “Suriya azadlıq ordusu”nun əksər fraksiyaları da bu qrupa daxildir.

Amma qrup bildirib ki, atəşkəs razılaşması pozulsa yenidən öz torpaqları uğrynda mübarizəni davam etdirəcəklər.

Qrup bu razılaşmanın Rusiya, İran və Suriya prezidenti Bashar Assad tərəfindən pozulmasını istisna eləmir.

Amma "Həyat Təhrir aş-Şam" qruplaşması hələlik Rusiya-Türkiyə razılaşmasına münasibət bildirməyib.

Bu təşkilatda əvvəllər “Ən Nüsrə Cəbhəsi” kimi tanınan və 2016-cı ilədək “Əl Qaidə” nin silahlı qanadı olan qrup aparıcı rol oynayır.

Onların hamısı ABŞ-da terrorçu təşkilatların siyahısına salınıb.

Qeyd edək ki, Türkiyə ilə Rusiya təxminən bir həftə əvvəl İdlibdə silahsız zona yaradılması və orda birgə patrul xidməti tətbiq edilməsi barədə razılıq əldə ediblər.

İdlib ətrafındakı bu zona oktyabrın 15-dək yaradılmalı və bütün silahlı qruplar oranı tərk etməlidirlər.

Razılaşmaya əsasən bu bölgəyə hücuma hazırlaşan Suriyanın hökumət qüvvələru əməliyyatı dayandırmalıdır.

Silahsız zonanın eni təxminən 20 kilomtr olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG