Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:38

Suriya ordusu Türkiyə postlarına məhəl qoymadan irəliləyir


Türkiyə hərbi texnikası İdlibdə
Türkiyə hərbi texnikası İdlibdə

Associated Press (AP) agentliyi xəbər verir ki, fevralın 7-də səhər Türkiyə tərəfdən Suriyanın şimalında qiyamçıların nəzarətində olan əraziyə bir neçə zirehli maşın və tank daxil olyub.

Bu, Suriya qoşunlarının iki ölkənin ordularını birbaşa qarşıdurmaya gətirən irəliləməsindən sonra baş verib.

Müttəfiqi Rusiya tərəfindən dəstəklənən Suriya hökuməti İdlib qəzasında hücum əməliyyatlarını davam etdirir və bölgədəki strateji yola nəzarəti ələ almağa çalışır.

Assad qoşunları son iki ayda onlarca şəhər və kəndi qiyamçılardan ala bilib. Bunun nəticəsində yüzlərlə insan evlərindən didərgin düşüb.

Suriya müxalifətini dəstəkləyən və qiyamçıların nəzarətində olan ərazidə atəşkəsi monitorinq edən Türkiyə Suriya hökumət qoşunlarının hücumuna etiraz edir və bildirir ki, bu, Rusiya ilə əldə edilmiş razılaşmaya ziddir.

Son həftələrdə Türkiyə özünün Suriyanın şimalındakı nəzarət postlarını gücləndirmək üçün bu bölgəyə yeni canlı qüvvə və əlavə texnika göndərir.

Suriya Türkiyənin hərbi postlarına məhəl qoymur

Türkiyə Suriya qoşunlarının qəsb etmək təhlükəsi altında olan qiyamçı şəhərlərin ətrafında müşahidə postları qurur.

AP-nin çəkdiyi videoda Türkiyədən İdlibə daxil olan tank və zirehli maşınların karvanı görünür.

Türkiyə qoşunlarının Saraqeb şəhərinin qərbində yerləşdirildiyi xəbər verirlir.

Bu, son bir həftədə Türkiyənin İdlibə göndərdiyi beşinci tank karvanıdır.

Suriya hökumət qoşunları Saraqeb şəhərini bu həftə ələ keçiriblər. Bu şəhər Suriya paytaxtı Dəməşqi ölkənin şimalı, qərbi və şərqi ilə birləşdirən əsas magistral yolların üstündə yerləşdiyindən strateji əhəmiyyət daşıyır.

İdlibdə didərginlərin yeni köçü başlanıb
İdlibdə didərginlərin yeni köçü başlanıb

AP yazır ki, Saraqeb şəhərinin ətrafında qurulmuş Türkiyə postlarına məhəl qoymayan Suriya qoşunları irəliləyişi davam etdirir. Bir neçə Türkiyə müşahidə postu artıq Suriya qoşunlarının nəzarətində olan ərazidə qalıb.

İdlib və yaxınlıqdakı Hələbin kənd bölgələri Suriya qiyamçılarının nəzarətində qalan son ərazilərdir. Burada 3 milyona yaxın əhali yaşayır. Onun əksəriyyəti evlərini tərk edib.

Rusiya nümayəndə heyəti Ankara gəlməlidir

Türkiyə rəsmiləri təsdiq ediblər ki, hazırda Türkiyənin üç müşahidə postu Suriya qoşunlarının nəzarətində olan ərazidədir.

Adının çəkilməsini istəməyən Türkiyə rəsmisi deyib ki, Ankara postları oradan çıxarmaq niyyətində deyil.

Türkiyənin Müdafiə Nazirliyi bildirib ki, Ankara bu postların üzərinə hər hansı hücuma “güclü şəkildə” cavab verəcək.

Bundan əvvəl Türkiyə prezidenti Recep Tayyip Erdoğan demişdi ki, Suriya qoşunlarına İdlibdən çıxmaq üçün fevralın axıranadək vaxt verir.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu fevralın 7-də bildirib ki, Rusiya nümayəndə heyəti yaranmış vəziyyəti müzakirə etmək məqsədilə fevralın 8-də Ankaraya gəlməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG