Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Suriya üsyançıları İdlibdəki silahsız zonadan çıxmadıqlarını bəyan ediblər


Foto arxiv
Foto arxiv

Suriyanın şimal-qərbindəki “Faylaq al Şam” qrupu İdlib əyalətindəki silahsız zonadan çıxması barədə məlumatları təkzib edib.

Suriya insan haqları monitorinq mərkəzi sentyabrın 30-da bildirmişdi ki, bu qrup Türkiyənin istəyi ilə İdlibdəki silahsız zonadan çıxmağa başlayıb.

Amma qrupun lideri Şeyx Umar Huzefa Reuters agentliyinə bu məlumatın yalan olduğunu bildirib.

“Milli azadlıq Cəbhəsi” alyansının digər komandiri Abdul Salam Abdul Razzak da deyib ki, bazar günü Hələb ətrafında olub və mövqelərdə heç bir dəyişiklik görməyib.

Qeyd edək ki, Türkiyənin dəstəklədiyi “Faylaq əl Şəm” qrupu “Milli Azadlıq cəbhəsi” alyansına daxildir.

Moskva ilə Ankara bu yaxınlarda İdlibə Rusiya ordusunun hücumunun dayndırılması, əvəzində orada silahsız zona yaradılması və birgə nəzarət tətbiq edilməsinə razılaşıblar. Bu zona oktyabrın 15-də yaradılmalı və bütün silahlı birləşmələr oranı tərk etməlidir.

İdlib Suriyada yaraqlıların nəzarətində olan sonuncu bölgələrdən biridir.

İransa oktyabrın 1-də Suriyadakı yaraqlıların mövqelərini ballistic raketlərdən atəşə tutub.

İran Suriya ərazisini raket atəşinə tutur
İran Suriya ərazisini raket atəşinə tutur

Bu barədə Reuters agentliyi İran İnqilab Qvardiyasına istinadla xəbər verir.

İran həmin qüvvələri sentyabrın 22-də Ahvaz şəhərində keçirilən hərbi parada hücumda günahlandırır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG