Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:24

Suriyada bomba partlayışlarında azı 140 nəfər ölüb


Homs şəhərində törədilmiş qoşa partlayışda azı 57 nəfər həlak olub
Homs şəhərində törədilmiş qoşa partlayışda azı 57 nəfər həlak olub

Suriyanın Dəməşq və Homs şəhərlərində törədilmiş bomba partlayışları nəticəsində ümumilikdə azı 140 nəfər həlak olub.

Suriyanın Dəməşq və Homs şəhərlərində törədilmiş bomba partlayışları nəticəsində ümumilikdə azı 140 nəfər həlak olub.

Azı dörd partlayışın Dəməşqin cənub ətrafındakı Seyyidə Zeynəb məhəlləsində törədildiyi xəbər verilib. Burada azı 83 nəfərin həlak olduğu xəbər verilib.

Bundan əvvəl Homs şəhərində törədilmiş qoşa partlayışda azı 57 nəfər həlak olmuşdu.

Bu partlayışlar üçün məsuliyyəti öz üzərinə İslam Dövləti adlandırılan qruplaşma götürüb.

Media xəbərlərində deyilir ki, hər iki şəhərdə törədilmiş bomba basqınlarının hədəfi İŞİD-in özünə düşmən saydığı şiə azlıq olub.

Seyyidə Zeynəb Suriyada şiələrin ən müqəddəs piridir. Burada Məhəmməd peyğəmbərin nəvəsinin məqbərəsi olduğu söylənir.

Bu məntəqədə azı 83 nəfər həlak olub, daha 178 nəfər yaralanıb.

Homs şəhərində də partlayışlar əsasən ələvi azlığı yaşadığı məhəllələrdə törədilib.

Suriya münaqişəsinin əvvəllərində Homs şəhəri “inqilab paytaxtı” adını qazanmışdı.

Lakin üsyançılar ötən il BMT tərəfindən təklif edilmiş razılaşma əsasında bu bölgəni hökumət qüvvələrinə təhvil vermişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG