Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

ABŞ Dövlət Departamenti: Suriyadakı kimyəvi hücumu müxalifət qüvvələri törətməyib


Foto arxiv
Foto arxiv

ABŞ Dövlət Departamenti bəyan edib ki, noyabrın 24-də Suriyada törədilən kimyəvi hcumda silahlı müxalifətin əli yoxdur.

Dövlət Departamenti bu hücuma görə prezident Bashar Assad rejimi və Rusiya hərbçilərini günahlandırır.

Dövlət Departamenti mətbuat xidməti rəhbərinin müavini Robert Robert Palladino-nun dekabrın 7-də yaydığı bəyanatında deyilir ki, İdlibdə atəşkəs rejimini pozmaq üçün bu hücumu Rusiya və Assad rejimi törədib.

Suriya rejimi isə həmin hücuma görə üsyançıları günahlandırır.

Suriyanın SANA agentliyinin məlumatına görə, hücum zamanı 104 nəfər xəsarət alıb.

Amma itki olmayıb.

Rusiyanın müdafiə nazirliyi də iddia edir ki, atəş silahlı müxalifətin nəzarətində olan ərazidən açılıb.

Amma müxalifət qüvvələri bu ittihamı rədd edir və hesab edirlər ki, Suriya rejimi bunu bəhanə edərək İdlib əyalətinə hücuma keçmək istəyir.

XS
SM
MD
LG