Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan vətəndaşı olan 12 nəfər noyabrın 24-də ölkələrinə gətirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda onların gətirilməsinin Azərbaycan hökumətinin mərhələli və əlaqələndirilmiş tədbirlərinin nəticəsində baş tutduğu qeyd edilir:
“Öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşlarımızın yeri, şəxsiyyəti müəyyən edilib, daha sonra onların Türkiyə Respublikasının ərazisinə keçidi təmin olunub”
Məlumatda vurğulanır ki, Azərbaycan hökuməti sözügedən şəxslərin reabilitasiyası və reinteqrasiyası üçün bütün lazımi tədbirlərin görülməsini nəzərdə tutur.
Gətirilənlərin şəxsiyyəti və həmin ölkədə olma səbəbləri açıqlanmır.
Son illər Azərtbaycan hökuməti 300-ə yaxın şəxsi Suriya və İraqdakı düşərgələrdən, təcridxanalardan ölkəyə gətirib.
Gətirilənlərin çoxunun Azərbaycandan son illər getmiş insanların uşaqları olduğu açıqlanıb.