Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:40

Suriyada “İslam Dövləti” qrupunun nəzarətində bircə məntəqə qalıb


"Suriyanın demokratik qüvvələri" adlı qrupun döyüşçüləri 11 fevral 2-19 , Deir Al Zor pəyaləti
"Suriyanın demokratik qüvvələri" adlı qrupun döyüşçüləri 11 fevral 2-19 , Deir Al Zor pəyaləti

Suriyada, “İslam Dövləti” qrupunun nəzarətində təkcə bir məntəqə qalıb, amma o da yaxın vaxtlarda azad ediləcək.

Bunu Reuters agentliyinə, müxalifətdə olan silahlı qüvvələrin birləşdiyi “Suriyanın demokratik qüvvələri” adlı qrupun nümayəndəsi deyib.

Qeyd edək ki, ABŞ-ın dəstəklədiyi bu qrup əsasən yerli kürdlərdən ibarətdir.

Britaniyada məskunlaşan “Suriya insan haqları mərkəzi” bundan əvvəl Suriya ərazisinin “İslam dövləti” qrupundan tam azad edildiyini xəbər vermişdi.

Amma bu məlumat təsdiqlənmədi.

Məlumatlara görə son günlərdə “İslam dövləti” qrupunun yüzlərlə döyüşçüsü “Suriyanın demokratik qüvvələri” qrupuna təslim olublar.

ABŞ prezidenti Donald Trump ötən həftə demişdi ki, yaxın vaxtlarda Suriya ərazisindəki cihadçılar darmadağın ediləcək.

2 il əvvəl, demək olar ki, Suriyanın şərqindəki bütün ərazilər “İslam dövləti” qrupunun nəzarətində idi.

Bir qədər sonra bu ərazilərin bir qismi Suriya ordusunun, bir qismi isə kürdlərin birləşdiyi “Suriyanın demokratiq qüvvələri” qrupunun nəzarətinə keçdi.

Donald Trump bundan əvvəl ABŞ ordusunun Suriyadan çıxarılmasını elan edib.

Onun bu qərarı Konqresdə tənqidlə qaşılanıb.

Qeyd edək ki, ABŞ Suriya müharibəsində prezident Bashar Assada qarşı vuruşan üsyançıların, Rusiya ilə İran isə Assadın tərəfini saxlayır.

XS
SM
MD
LG