Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:05

Suriya yaraqlıların əlində olan şəhəri mühasirəyə aldığını deyir


Suriya tankları (Arxiv) / AFP PHOTO

Suriya ordusu bildirir ki, "İslam dövləti" yaraqlılarının əlində olan Əl-Mayadin şəhərini mühasirəyə alıb.

Bu barədə Suriyanın dövlət agentliyi xəbər yayıb.

Əl-Mayadin yaraqlıların əsas forpostu olan Deyr-əz-Zor şəhərinin 45 kilometrliyində yerləşir.

Bu günlərdə Rusiyanın Müdafiə Nazirliyi bəyan etmişdi ki, Suriya ərazisinin 90 faizi terrorçulardan təmizlənib.

Rusiya Suriya ordusuna təyyarə və vertolyotlarla, eləcə də raket zərbələri ilə dəstək verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG